Yuxarı

Putinin İstanbul səfəri: ideya gerçəkləşir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən bu səfərlər layihələrin reallaşdırılması, tədbirdə iştirak etmək üçün olsa da, səfər zamanı mütləq dövlət başçıları ikitərəfli məsələləri müzakirə edir.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Putinin Türkiyəyə səfərini şərh edərkən deyib. O bildirib ki, səfər Türkiyə-Rusiya münasibətlərində yeni bir pərdə açmır, amma artıq bir müddətdir açılmış olan pərdənin, başlamış olan mərhələnin daha da gücləndirilməsinə xidmət edir:

“Türk axını” ideyası ortalığa atılanda bir çox mütəxəsislər bu layihənin reallaşmayacağını deyirdi. Türkiyə NATO-nun üzvüdür, Rusiya ilə əks qütbdədir, ona görə də bu layihənin ideya kimi də qalacağı bildirilirdi. Digər tərəfdən, Türkiyənin iştirakçısı olduğu başqa enerji layihələri var. Bütövlükdə layihə hələ tamamlanmasa da, hər halda bu gün “Türk axını” layihəsinin xeyli hissəsi tamamlanıb. Bu da elə vaxta təsadüf edib ki, bugünlərdə həm Türkiyə, həm də Rusiya Qərblə münasibətlərində müəyyən problemlər yaşayır. Xüsusilə ABŞ-la münasibətlərdə hər iki ölkənin problemləri mövcuddur”.

A.Aslanlı vurğulayıb ki, bu layihə iki tərəfin münasibətlərini daha da gücləndirəcək:

“Bu, Qərb dövlətlərinin Rusiyaya müəyyən məhdudiyyətlər tətbiq etməsindən sonra Türkiyə ilə alternativ axtarışında ortaya çıxan layihədir. “Türk axını” layihəsi təkcə Türkiyənin enerji təhlükəsizliyinə deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə də töhfə verə bilər. Bu, Türkiyənin tranzit rolunu da artıran layihədir. Türkiyə-Rusiya münasibətlərinin hazırki xətti bu layihə ilə daha da gücləndirəcək”.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin tikintisinin başa çatmasına həsr olunan tədbirdə iştirak etmək üçün Türkiyəyə gedib. Səfər çərçivəsində Ərdoğanla Putin 1,5 saat qapalı görüş keçiriblər.

Tarix
2018.11.19 / 23:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla