Yuxarı

Baş Prokurorluq və FHN-dən dələduzlara qarşı əməliyyat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluq və FHN-dən dələduzlara qarşı əməliyyat

2012-ci ildə Qax-Zaqatala-Balakən bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş vətəndaşların külli miqdarda əmlakını ələ keçirmiş şəxs cinayət başında yaxalanıb.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, zəlzələdən zərər çəkmiş sakinlərin evlərinin bərpası adı ilə onların etibarından sui-istifadə edərək külli miqdarda əmlakını ələ keçirmiş şəxsin qanunsuz əməlləri barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən FHN-lə birgə əməliyyat tədbirləri həyata keçirilib.

Həmin tədbirlər nəticəsində nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Dadaşov adına Elmi Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun sabiq kiçik elmi işçisi Feyruz Məmmədov özgənin əmlakını ələ keçirmək məqsədilə zəlzələ nəticəsində zərər dəymiş evlərin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində Bakı şəhər sakinindən 2 min manat məbləğində pulu tələb edib alarkən cinayət başında yaxalanıb.

Həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə aparılan istintaq zamanı həmçinin F.Məmmədovun zəlzələ nəticəsində zərər dəymiş evlərin qəzalı kimi qeydiyyata alınaraq sökülüb yenidən tikilməsi, eləcə də təmir və tikinti işlərinin aparılması üçün nazirliyin tərtib etdiyi siyahıda adlarının əvvələ salınması üçün Qax rayon sakinlərindən ümumilikdə 42 min manat məbləğində pul alaraq külli miqdarda özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.10.24 / 11:13
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla