Yuxarı

Türkiyənin səhiyyə qurumu Bakıda təqdimat keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin səhiyyə qurumu Bakıda təqdimat keçirdi - Foto

Bu gün Bakıda Türkiyə Bayındır Sağlıq Qrupunun Azərbaycan təmsilçiliyinin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, açılışda Bayındır Sağlıq Qrupunun baş direktoru Səzai Sevgin və köməkçisi Cem Talas, Azərbaycan Uşu-sanda Federasiyasının prezidenti Azər Həsənsoy, Türkiyə səfirliyinin ticarət üzrə müşaviri Əhməd Ataker, səfirliyin digər əməkdaşları, qonaqlar və media nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən Səzai Sevgin Azərbaycanla Türkiyə arasında münasibətlərə hər zaman önəm verdiklərini bildirib:

“Xarici ölkələrdə yerləşən Türkiyə səfirliklərinə gedəndə özümüzü vətəndə hiss ediriksə, Azərbaycana ayaq basdığımız andan etibarən özümüzü ata torpağında sayırıq. Burda özümüzü evimizdəki kimi hiss etdiyimiz üçün iş görmək daha asandır. Səhiyyə Türkiyədə güclü inkişaf etmiş sahələrdən biridir. Bir xəstə bizə müraciət etdiyi zaman nə etmək lazımdırsa, onu edirik. Nə artıq, nə də əskik. Bizim üçün keyfiyyət və tibbi etika çox önəmlidir. Azərbaycandan gələn qonaqlarımız da bizim üçün türkiyəli xəstələrimiz kimi eyni qiymətdədir. Hətta mən deyərdim ki, qonaqpərvərlik anlamında azərbaycanlılar daha çox dəyərlidir. 10 ildən çoxdur ki, Azərbaycanla bu sahədə əməkdaşlıq edirik. İndən sonra bu əməkdaşlığı daha yüksək səviyyədə davam etdirmək istəyirik. Nə qədər çox azərbaycanlı qardaşımız gəlib xidmətlərimizdən istifadə edərsə, bundan qürur duyarıq. Azərbaycandakı xəstəxanalarla əməkdaşlıq məsələsi ilə bağlı görüşlərimiz davam edir. Həm bizim, həm Azərbaycan üçün ən doğrusuna qərar verməyə çalışırıq”.

Daha sonra Bayındır Sağlıq Qrupu ilə Azərbaycan Uşu - Sanda Federasiyası, Azərbaycan Alpaqut Federasiyası, Azərbaycan Muaytay-Tayboks Federasiyası, Azərbaycan Kikboksinq Federasiyası, ”Azerbaijan Holidas”və “Le Tour LLC” turizm şirkətləri arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, bu federasiyalar yarış üçün Türkiyəyə getdikləri zaman sağlıq problemləri ilə bağlı Bayındır Sağlıq Qrupunda müalicə alacaqlar.

Tarix
2018.12.07 / 00:14
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla