Yuxarı

Nikolun inqilabı tarixə qovuşur: Labüd məğlubiyyət... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hazırda Qarabağ klanı və onun ətrafında toplanmış siyasi partiyalarla Paşinyanın ciddi mübarizə arenasına çevrilib.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Paşinyanın bir-birinə zidd açıqlamaları onun seçkiqabağı təbliğat kampaniyasının iflasa uğramasından xəbər verir:

“Paşinyan kütlənin səviyyəsindən o qədər də yuxarı qalxmamış bir adamdır. Nikolun seçki təbliğatında səriştəsiz olması, üstəlik, televiziya kimi nəhəng bir qüvvədən istifadədən imtina etməsi onun kifayət qədər boz intellektə malik olmasından irəli gəlir. Paşinyan bununla təbii ki, öz eyiblərini gizlətməyə çalışır. Ona görə də açıq mitinqlərə üstünlük verir. Çünki onun qarşısındakı publika əyalət adamlarıdır və onlar da populist, ciddi faktlara söykənməyən fikirlərə artıq alışıblar. Paşinyan xalqı əyalətlərdə Respublikaçılar Partiyasına və onun liderlərinə qarşı ittihamlar yağdıraraq öz tərəfinə çəkməyə çalışır. Bu fonda Ermənistan hazırda Qarabağ klanı və onun ətrafında toplanmış siyasi partiyalarla Paşinyanın ciddi mübarizə arenasına çevrilib. Onun əsas diqqətini İrəvan, Gümrü, digər şəhərlərə və əyalət mərkəzlərinə yönəltməsi də səbəbsiz deyil. Çünki məxməri inqilablar əyalətlərə yaddır. Buna görə də kənd yerləri və qəsəbələrdə Paşinyanın təbliğatı o qədər də işləmir. Nikolun təkcə bir bölgədə məğlubiyyətə uğraması onun ciddi səs itkisi ilə üzləşməsinə gətirib çıxaracaq”.

Politoloq əyalətlərdə qalan köhnə kadrların təbliğat kampaniyasının artıq Paşinyanın əleyhinə işləməyə başladığını deyib:

“Paşinyan artıq üç aydan çoxdur ki, hakimiyyətdədir və bu müddətdə Ermənistanın vəziyyətində yalnız geriyə doğru tənəzzül müşahidə olunur. Əhalinin maddi rifah isə halı getdikcə pisləşir. Hətta qazın qiymətinin bahalaşması ehtimalı var, artıq bəzi pərakəndə satış və xaricdən gətirilən malların qiymətində də artım müşahidə olunur. Bu bahalaşmanın dövlət tərəfindən tənzim edilməməsi əhali içərisində Paşinyanla bağlı ümidsizlik dalğasını daha da böyüdür. Paşinyan çətinliklə qalib gəlsə belə, bu, maksimum 50-60 faiz səslə mümkün olacaq. Bu da Paşinyanın reytinqinin sürətlə aşağı düşməsinə, ona əks olan qüvvələrin canlanmasına gətirib çıxacaq. Paşinyanın xarici siyasətdəki uğursuzluqları və Rusiya ilə münasibətlərin qaydasında olmaması bu amili daha da gücləndirəcək. Təbii ki, belə bir vəziyyətdə Nikol ölkəni uzun müddət idarə edə bilməyəcək”.

Politoloq qeyd edib ki, bütün bunlar erməni cəmiyyətində Paşinyanla bağlı tərəddüdün dərinləşməsinə səbəb olacaq:

“Rusiyanı söyən Paşinyan son günlər Putini öyməkdən doymur. Bütün bu ziddiyyətlər əhalinin beynini tamamilə qarışdırıb, onlar artıq Paşinyanı tanıya bilmirlər. Buna görə də ermənilər seçkiqabağı mövqelərini hələ tam dəqiqləşdirməyiblər, hətta bəziləri ondan əllərini üzüb. Bir sözlə, 9 dekabr seçkiləri İrəvandakı məxməri inqilabı tarixə qovuşduracaq ki, bu da gec-tez Paşinyanın məğlubiyyəti ilə nəticələnəcək”.

Tarix
2018.12.07 / 15:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla