Yuxarı

Təbrik edək, yoxsa sevincimizi içimizdə boğaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrik edək, yoxsa sevincimizi içimizdə boğaq?

"Yalançı erməni soyqırımının 100 illiyinə 6 ay qalmış Türkiyə hökuməti ilk həmləsini yapmış görünür. Erməni əsilli qəzetçi-yazar Etyan Mahçupyan Türkiyə Cumhuriyyəti Baş Bakanının Başdanışmanı, yəni baş müşaviri, yəni baş məsləhətçisi təyin olundu".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa özünün Feysbuk səhifəsində erməni yazarın Türkiyə Baş naziri Əhməd Davudoğluna baş müşavir təyin olunmasına münasibət bildirərkən yazıb. Millət vəkili bu hadisənin Türkiyənin Dağlıq Qarabağ açıqlamalarında hər hansı formada özünü göstərəcəyini istisna etməyib:

"Türkiyə sadəlövh dünyanı inandıracaq ki, əgər bizdə soyqırım olsaydı, erməni əsilli biri başbakanın başdanışmanı ola bilməzdi. Bilmirəm təbrik teleqramı göndərək, yoxsa sevincimizi içimizdə boğaq. Əlbəttə, erməni də olsa, Türkiyə vətəndaşıdır, istənilən posta gətirilə bilər, ancaq verəcəyi məsləhətlərin və tövsiyyələrin nəticələrini xüsusilə Azərbaycanda ciddi təhlil etmək lazım gələcək. Anlaşılan budur ki, bundan sonra Türkiyədən gələn Dağlıq Qarabağla bağlı fikir və mülahizələrdə Mahçupyanın beyininin töhfələrini seçib arıtlamaq üçün Xarici İşlər Nazirliyimizin üzərinə xeyli iş düşəcək".

Tarix
2014.10.26 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atıb - Rəsmi

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla