Yuxarı

AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olundu

Azərbaycan Hava Yollarının alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. O, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir.

O, 2023-cü ildən etibarən “TAP Air Portugal” aviaşirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Bundan əvvəl “Portugalia Airlines” şirkətində baş icraçı direktor, “Grupo SATA” şirkətində əməliyyatlar və kommersiya üzrə baş direktor, “Cabo Verde Airlines” şirkətində isə baş icraçı direktor vəzifəsini müvəqqəti icra edib, daha sonra korporativ işlər üzrə baş direktor vəzifəsində çalışıb.

O, aviasiya sahəsində karyerasına 1995-ci ildə başlayıb, 1998-ci ildə isə “TAP Air Portugal” şirkətində pilot kimi fəaliyyətə başlayıb. Daha sonra “IATA”nın baş qərargahında uçuş əməliyyatları, o cümlədən tənzimləmə və səmərəlilik istiqamətləri üzrə yüksək vəzifələrdə çalışıb və müxtəlif beynəlxalq aviaşirkətlərdə rəhbər vəzifələr tutub. Yeni rəhbərin aviaşirkətlərin əməliyyatları və kommersiya idarəçiliyi sahəsində, eləcə də yüksək rəhbər vəzifələrdə qazandığı geniş beynəlxalq təcrübə aviaşirkətin genişlənmə strategiyasına mühüm töhfə verəcək.

Bu təyinat Azərbaycan Hava Yollarının davamlı inkişaf, əməliyyat səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətinin, eləcə də qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinin davamıdır.

Tarix
2026.09.14 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla