Yuxarı

Qalib gələn Paşinyanı gözləyən 3 çətin vəzifə - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalib gələn Paşinyanı gözləyən 3 çətin vəzifə - Video

09:19

Beləliklə, Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu, Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. İki ermənidən biri seçkiyə getmədi.

Axar.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın siyasi həyata canlanma gətirdiyini, ancaq bunun seçici marağını artırmadığını bildirib.

“Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiya qələbə çaldı, o, təkbaşına hökuməti formalaşdırmaq imkanı qazandı. 20 ildən sonra “Qarabağ klanı” rəsmən hakimiyyətdən uzaqlaşdırıldı”, - politoloq qeyd edib.

E.Şahinoğlunun fikrincə, qarşıda N.Paşinyanı 3 çətin vəzifə gözləyir:

1. Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl, Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək;

2. İstisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir;

3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir, Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir.

Qeyd edək ki, 9 dekabrda keçirilən seçkilərdə seçici aktivliyi 48,63 faiz olub. N.Paşinyanın bloku 70%-dən çox səs toplayıb. Seçki barajını isə Mənim Addımım Blokundan başqa Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları aşa bilib.

S.Sərkisyanın Respublikaçılar Partiyası da daxil olmaqla, seçkidə iştirak edən 8 siyasi güc parlamentdən kənarda qalıb.

Tarix
2018.12.10 / 14:00
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla