Yuxarı

Bakı ilə Dünya Bankı arasında saziş imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə Dünya Bankı arasında saziş imzalandı

Hesablama Palatası və Dünya Bankı arasında "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi məqsədi ilə Qarşılıqlı Anlaşma Sazişi imzalanıb.

Axar.az HP-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, sazişə əsasən, tərəflər Dünya Bankının maliyyələşdirdiyi layihələrin icra sonrası satınalmalar üzrə təhlilinin keçirilməsinə dəstək verilməsi, satınalmalar üzrə səmərəli audit yoxlamalarının aparılması üçün elektron forma, idarəetmə vasitələri və məlumatların təhlili üçün proqram təminatı ilə təchiz edilməsinə yönəldilməklə "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi prosesinin əlaqələndirilməsi məqsədi ilə əməkdaşlıq edəcəklər.

Eyni zamanda Dünya Bankı Hesablama Palatasının əməkdaşlarının analitik qabiliyyət və bacarıqlarının gücləndirilməsi və analitik yönümlü proqram təminatının işlənib hazırlanması məqsədi ilə texniki yardım göstərməyi öz üzərinə götürüb.

İdarəçilik təcrübəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması Dünya Bankı və Hesablama Palatası arasında uzunmüddətli və dayanıqlı münasibətlərin formalaşdırılmasına zəmin yaradacaqdır.

Saziş 3 il qüvvədə olacaq.

Tarix
2018.12.10 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla