Yuxarı

Gürcüstanda vəziyyət yenidən gərginləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda vəziyyət yenidən gərginləşir

Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir. Ölkə müxalifəti iqtidara qarşı yeni tələblər irəli sürərək prezident seçkilərinin noyabrın 28-də keçirilmiş ikinci turunun nəticələrinin ləğv olunmasını tələb edir.

Axar.az xəbər verir ki, bu barədə müxalifətin vahid namizədi olmuş Qriqol Vaşadze bu gün keçirdiyi brifinqdə bildirib. Birləşmiş müxalifətin bu tələblə bağlı iddiası bu gün saat 15:00-da Tiflis Şəhər Məhkəməsinə təqdim olunub.

G.Vaşadze prezident seçkilərində seçicilərin səslərinin satın alınması ilə bağlı çoxlu faktların olduğunu bildirib. O deyib ki, iddiamıza beynəlxalq təşkilatların qiymətləndirmələri də əlavə olunub. Beynəlxalq müşahidə missiyasının hesabatı seçicilərin səslərinin kütləvi şəkildə alınmasını birbaşa sübut edir.

Birləşmiş müxalifət, həmçinin, Baş Prokurorluğu Baş nazir Mamuka Baxtadze və Tiflisin meri Kaxa Kaladze ilə bağlı araşdırma aparmağa çağırıb.

Müxalifət hesab edir ki, baş nazir canlı efirdə seçicilərin səslərini satın alaraq cinayət törədib, mer isə hakim partiyanın seçki qərargahına rəhbərlik edərək bəyanatları ilə cinayətdə iştirak edib.

G.Vaşadze qeyd edib ki, məhkəmə iddiasında 600 min vətəndaşın kredit borclarının silinməsinin seçicilərin birbaşa satın alınması olduğu göstərilib: “Bundan başqa, seçicilərə kartof, soğan və istifadə olunmuş paltarlar da paylanılıb və bu faktları sübut edən video və audio sübutlar var”.

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz səslə dövlət başçısı seçilib. Onun rəqibi Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze isə 40,8 faiz səs toplaya bilib.

Dekabrın 16-da Kaxeti bölgəsinin Telavi şəhərində yeni seçilmiş prezidentin andiçmə mərasimi olacaq.

Tarix
2018.12.10 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla