Yuxarı

Fransada cinayətkar şəbəkə: azərbaycanlı və erməni... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada cinayətkar şəbəkə: azərbaycanlı və erməni... - Video

Fransanın hüquq-mühafizə orqanlarının Lion şəhərində keçirdiyi geniş miqyaslı xüsusi əməliyyat zamanı gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu mütəşəkkil cinayətkar qruplaşmanın 22 üzvü saxlanılıb.

Report-un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilmiş brifinqdə məlumat verilib.

Bu gün keçirilmiş “VORS 69-01” adlı xüsusi əməliyyat zamanı saxlanılan şəxslərin 10-u Gürcüstan vətəndaşıdır. Onlardan 2-si qanuni oğrudur.

Fransa və Belçikada fəaliyyət göstərən cinayət qruplaşma üzvləri mənzil və avtomobillər qarət edib, saxta sənədlərin hazırlanması və narkotik istifadəsi ilə məşğul olublar.

Saxlanılan şəxslərin evlərində aparılmış axtarışlar zamanı zinət əşyaları, bahalı avtomobillər, külli muqdarda pul, silah, saxta sənədlər, digər əşyalar və müxtəlif narkotik vasitələr maddi sübut kimi müsadirə olunub. İstintaqla qruplaşmanın vurduğu ziyanın məbləğinin 400 min avrodan çox olduğu müəyyən edilib.

Xüsusi əməliyyatda Fransa, Belçika və Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Əməliyyata xüsusi qüvvələr, robot və helikopterlər də cəlb olunub.

Tarix
2018.12.10 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla