Yuxarı

Bakıdan yayılan bu çağırış heç bir ölkədə... - Sumbal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Mərkəzi Televiziyasının (CCTV) beynəlxalq icmalçısı, siyasi analitik Malik Eyyub Sumbalın İtaliyanın nüfuzlu “İl Nodo di Gordio” beyin mərkəzinin saytında ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən bəhs edən yazısı yerləşdirilib.

Axar.az Azərtac-a istinadən sözügedən yazını təqdim edir:

Dekabrın 12-si dahi lider və Sovet İttifaqının dağılmasından sonra arzusu müasir və müstəqil Azərbaycanı qurmaq olan ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü günüdür.

Heydər Əliyevin öz xalqı üçün apardığı mübarizənin nəticəsində Azərbaycan dünya arenasında müasir və mədəni ölkəyə çevrilib.

Ölkənin Cənubi Qafqaz regionunda sevgi mesajı yayaraq sülh və harmoniya ilə multikultural və çoxdinli bir cəmiyyətə çevrilməsi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir.

Bakıdan yayılan sülh və stabillik çağırışı Azərbaycandan başqa heç bir Cənubi Qafqaz ölkəsindən eşidilməyib.

Azərbaycan ümummilli lider Heydər Əliyevin öz xalqı üçün qoyduğu irsin və prinsiplərin əsasında yaşayır və yaradır. Heydər Əliyev doktrinası müasir Azərbaycanda praktiki olaraq uğurla həyata keçirilir və onun burada necə səmərəli təcəssüm tapdığını görmək mümkündür.

Dahi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasında Azərbaycanın Qərb və İslam dünyası ilə, qədim və müasir mədəniyyətlər və sivilizasiyalar arasında əlaqələrin necə qorunub saxlanması öz əksini tapıb.

Ümummilli lider Heydər Əliyev gələcək problemlərlə mübarizə aparmaq və dünyaya mesajını çatdırmaq məqsədilə Azərbaycan üçün müasir mədəni diplomatiyanın əsasını qoyub. Azərbaycanın indiki Prezidenti tərəfindən Heydər Əliyevin doktrinasının uğurla həyata keçirilməsi nəticəsində qeyd edilən mədəni diplomatiyanın hədəflərinə nail olunub.

Heydər Əliyev tarixi kökləri yüzillərə söykənən müasir müstəqil Azərbaycan dövlətinə beynəlxalq aləmin münasibətini müəyyənləşdirmək üçün geniş dünyagörüşünə malik idi. O, gələcək problemlərdən xəbərdar idi və öncədən gördüyü tədbirlərlə Azərbaycan xalqının rifahı üçün töhfə verən irs qoymağa nail olub.

Azərbaycanın Ulu Öndərinin abidəsi Fəxri xiyabanda qürurla ucalır.

Hər il dekabrın 12-də cəmiyyətin bütün təbəqələrindən olan insanlar bu böyük liderin abidəsi önünə çələnglər qoyaraq xatirəsini ehtiramla anırlar.

Tarix
2018.12.12 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla