Yuxarı

Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner

ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı üçtərəfli danışıqların keçirilməsinə ümid edir, lakin tərəflər arasında ümumi baxışın olmadığını da etiraf edir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib.

Onun sözlərinə görə, ABŞ nümayəndə heyəti Moskva və Kiyevdə keçirilən son danışıqlar raundundan razıdır və üçtərəfli görüşün mümkün qədər tez keçirilməsinə ümid edir.

Bununla yanaşı, Kuşner tərəflərin arzu olunan nəticə ilə bağlı ortaq mövqeyinin olmadığını qeyd edib və ən çətin məsələnin ərazi məsələsi olaraq qaldığını təsdiqləyib:

“Düşünürəm ki, bu, açıq şəkildə müəyyən dərəcədə döyüş meydanında baş verənlərlə bağlıdır. Bu baxımdan vəziyyət kifayət qədər dinamikdir”.

Onun fikrincə, texnologiya sahəsindəki inkişaf və döyüş meydanında baş verən hadisələrin gedişi hər iki tərəfin gözləntilərini üstələyir:

“Ümid edirik ki, tezliklə bunu üçtərəfli danışıqlar çərçivəsində müzakirə edə biləcəyik. Biz bu görüşü təşkil etmək üçün çalışırıq və məncə, bu, əsas məqsədlərdən biridir.

Əgər Ukrayna həmin xəttə (Donbas nəzərdə tutulur – red.) qədər geri çəkilməyə razı olsaydı, açıq şəkildə deyə bilərdik ki, razılaşmanın qalan hissəsi artıq hazırlanıb və razılaşdırılıb. Hələlik Ukrayna bunu etmək istəmir. Əlbəttə, vasitəçilər kimi bizim vəzifəmiz onların istəklərinə zidd olmayan və məqsədlərinə çatmalarına kömək edəcək yaradıcı bir həll yolu tapmaqdır. Eyni zamanda, Rusiyanı münaqişəni dayandırmağa inandırmalıyıq ki, hər iki tərəf gələcəkdə belə bir vəziyyətin təkrarlanmasının qarşısını alacaq çərçivədə irəliləyə bilsin”.

Tarix
2026.09.13 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla