Yuxarı

Təşkilatda islahatların aparılması önəmlidir – QDİƏT sədri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təşkilatda islahatların aparılması önəmlidir – QDİƏT sədri

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv və qonşu ölkələr arasında əməkdaşlığa töhfə verməkdir. Təşkilatın yarandığı dövrün reallıqları tamamilə fərqli idi. Ona görə hazırkı fərqli tələblər qarşılığında çağırışlara cavab vermək lazımdır. Bu baxımdan təşkilat daxilində islahatların aparılması olduqca önəmlidir.

Axar.az xəbər verir ki, bu sözləri QDİƏT Baş katibi Maykl Kristides Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra baş tutan mətbuat konfransında deyib.

Mətbuat konfransında çıxış edən digər bir qonaq Bolqarıstanın Xarici İşlər nazirinin müavini Emiliya Kraleva isə vurğulayıb ki, ölkəsi təşkilata sədrlik edəcəyi müddətdə üzv ölkələrlə Avropa İttifaqı arasında münasibətlərin inkişaf etdirilməsinə çalışacaq:

“Biz təşkilat çərçivəsində artıq başladılan islahatları davam etdirəcəyik. Energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik".

Qeyd edək ki, yanvarın 1-dən QDİƏT sədrliyi Azərbaycandan Bolqarıstana keçəcək.

Tarix
2018.12.14 / 15:08
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla