Yuxarı

İH başçısının həyətinə ordu yeridildi – Yeniləndi/Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İH başçısının həyətinə ordu yeridildi – Yeniləndi/Fotolar

15:40

Dağıstan Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyev Dərbənd rayonuna səfər edib.

Bu barədə Axar.az-a Dərbənddəki mənbələrdən məlumat daxil olub.

Məlumatda Ramazan Əliyevin hazırda Dərbənd Rayon Administrasiyasının binasında olduğu və Rayon İH başçısı vəzifəsini müvəqqəti icra edən Əli Xazbulatovdan istefa verməsi haqqında ərizə yazmağı tələb etdiyi bildirilir. Mənbənin verdiyi məlumata görə, bu dəqiqələrdə Qurban Qurbanovun tərəfdarlarının Əli Xazbulatova dəstək olmaq üçün Dərbənddə Rayon Administrasiyasının qarşısına toplaşıb. Hazırkı sədrin vəzifəsini tərk edəcəyi təqdirdə bütün səlahiyyətlərin Qurban Qurbanovun digər köməkçisi Sultan Sultanova veriləcəyi söylənilir.

Mənbə həmçinin hazırda Qurban Qurbanovun evinin qarşısında maskalı şəxslərin əyləşdiyi "Niva" markalı avtomobilin dayandığını bildirib. Onların Qurban Qurbanovu daimi nəzarətdə saxladığı qeyd edilir. Bəzi şəxslər müşahidə aparanların Prezident Ramazan Abdullatipovun şəxsi mühafizəçiləri olduğunu söyləyiblər.

***

Bu dəqiqələrdə aldığımız məlumata görə, Dərbənd rayonunun Bələdiyyə Şurasının (İcra hakimiyyəti) rəhbəri Qurban Qurbanovun yaşadığı evin qarşısına ordu qüvvələri cəlb olunub.

Yerli mənbənin Axar.az-a verdiyi məlumata görə, evə heç kim buraxılmır. Dərbənddə yaşayan azərbaycanlılar isə Q.Qurbanovun evinin ətrafına toplaşaraq qüvvələrin ərazini tərk etməsini tələb edir.

Tarix
2014.10.28 / 17:34
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Putinə məruzə edən general-polkovnik məhv edildi

9 gündən sonra vergi azalır: qiymətlər düşəcək?

İlham Əliyev Rusiyadakı bu görüşdə iştirak etməyəcək

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla