Yuxarı

Trampın praqmatik qərarı: Ordunu buna görə çıxartdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı mövcud vəziyyət bölgədə təmsil olunan, o cümlədən öz maraqları olan qüvvələrin niyyət və hədəflərini açıq şəkildə ortaya qoymuş oldu.

Bunu Axar.az-a Trampın Suriya ilə bağlı qərarını şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, ABŞ uzun müddət idi ki, dünyanı əsas hədəfinin terrorla mübarizə olduğuna inandırmağa çalışırdı:

“Ancaq bəlli oldu ki, ABŞ və onun yaxın müttəfiqi İsrail terrorçulara kömək göstərirlər. ABŞ-ın qoşunlarını Suriyadan geri çəkməsinin iki səbəbi var. Birincisi, Vaşinqton anlayır ki, bölgədə yerləşdirdiyi 2 min hərbçisi təhdid altındadır. İkincisi, ABŞ artıq Yaxın Şərq siyasətini bəyan olunmuş standartdan kənarda qurmaq istəyir. Çünki Rusiya, xüsusilə də İran və Hizbullahın birgə fəaliyyəti nəticəsində Suriyadakı terror şəbəkəsinə çox təsirli zərbələr endirildi. Hətta hər keçən gün bölgədə maraqlı olan ölkələrin bilavasitə üz-üzə qalması ehtimalı artırdı. Yəni Suriya teatrında Rusiya-ABŞ, İran-ABŞ toqquşması demək olar ki, qaçılmaz idi. Pentaqon məsələyə soyuq yanaşsa da, Tramp ölkəsini yeni risklərdən sığortalamış oldu”.

Politoloq İsrail və Suriyanı təmsil edən müxalif qrupların Trampın məlum qərarından narahatlığına da aydınlıq gətirib:

“Görünür, artıq ABŞ-ın ali siyasi rəhbərliyi Suriya məsələsində daha dərinə getməyi vacib saymır. Çünki həm Əsəd mövqeyini saxladı, həm də digər ölkələrin Suriyadakı iştirakı terror şəbəkəsinin fəaliyyətini iflic etdi. İsrail, Səudiyyə, BƏƏ-nin qüvvələri terrorçuları tərk-silah ediblər. Hətta onlar artıq digər ölkələrə belə üz tutmağa başlayıblar. Ona görə də bu mübarizə bir növ mahiyyətini itirdi. Rusiya və bir neçə ölkə birgə səyləri nəticəsində rəsmən terrora qalib gəldi. Düzdür, ABŞ prezidenti də eyni mövqedən çıxış edir. Ancaq bu qələbədə əsas yükü kimin daşıdığına gəldikdə, bunu dəyərləndirmək daha çox tarixçilərin üzərinə düşür. Tramp anlayır ki, ABŞ qoşunlarının Suriyada qalması Vaşinqtonun nüfuzunu çox ciddi bir şəkildə zəiflədə bilərdi. O, artıq ikinci prezidentlik andiçməsinə hazırlaşdığını gizlətmir, buna görə də riskə getməyə meyilli deyil. Bu mənada Tramp çox praqmatik qərar verdi. ABŞ qoşunlarının Suriyadan çıxması uzun sürən böhranın və onun ətrafında fəaliyyət göstərən Astana prosesinin sonlanmasını tezləşdirəcək”.

Qeyd edək ki, Tramp bundan öncə Suriyadan ABŞ hərbçilərinin çıxarılması haqqında qərar qəbul edib.

Tarix
2018.12.20 / 14:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla