Yuxarı

Putin təbrik etmədi: bəs Nikol Moskvaya niyə gedir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin təbrik etmədi: bəs Nikol Moskvaya niyə gedir?

Putinin Paşinyanı təbrik etməməsi və Paşinyanın seçkilərdən sonra ilk səfərini Moskvaya etməsi Kremlin Ermənistanda geosiyasi maraqlarının artıq öz dəyərini itirməsinin sübutu kimi dəyərləndirilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Putinin Paşinyanı təbrik etməməsinə baxmayaraq, Paşinyan bütün hallarda yenə də Moskvaya səfər edir:

“Yəni bu, Ermənistanın nə dərəcədə Rusiyadan asılı vəziyyətdə olmasını göstərir. Belə vəziyyətdə burada qeyri-bərabər münasibətlərdən söhbət gedir. Bütün hallarda Paşinyan Rusiyadan nəsə istəyən, uman tərəfdir. Rusiya da burada vəziyyətin sahibidir. Geosiyasi və iqtisadi baxımdan Rusiya Ermənistanda ağalıq edir. Rusiya Paşinyana qarşı hansısa tələblər irəli sürsə, Ermənistan bu tələblərlə hesablaşmalıdır”.

Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistandan müəyyən narazılıqları var:

“Təkbətək görüşlər zamanı hər iki ölkə başçısı bu məsələləri müzakirə edəcək. Xüsusilə də Paşinyan son aylar ərzində müxtəlif təşəbbüslərlə gündəmə gəlib. Məsələn, Xaçaturovun həbsi... Bu cür təşəbbüslər Rusiya tərəfindən birmənalı qarşılanmayıb, hətta tənqidi yanaşmalar olub. Bu halların gələcəkdə də baş verməsi ehtimalından Rusiya narahatdır.

Ola bilər ki, Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr olsun. Son həftələr ərzində bu məsələdə müəyyən canlanmalar hiss olunur. Yeni ildə tərəflər müəyyən təkliflər hazırlaya bilər”.

Qeyd edək ki, Putin indiyə qədər Paşinyanı seçkidə qələbəsi münasibətiylə təbrik etməyib. Lakin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin Paşinyanın bu həftə (27 dekabrda gözlənilir) Rusiyaya gedəcəyini bildirib.

Bu, Paşinyanın seçkidən sonra ilk xarici səfəri olacaq.

Tarix
2018.12.24 / 15:17
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla