Yuxarı

Putin-Əliyev görüşü: Qarabağla bağlı böyük gözlənti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin-Əliyev görüşü: Qarabağla bağlı böyük gözlənti

Vladimir Putinin İlham Əliyevə məktubunda xüsusi ifadələrdən istifadə etməsi və Azərbaycan prezidentini uzaqgörən siyasətçi adlandırması ölkəmizin liderinin regional və qlobal siyasətinin yüksək mahiyyətini əks etdirir.

Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısına təbrik məktubunda söylədiyi yüksək fikirləri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq vurğulayıb ki, Putinin Azərbaycan dövlət başçısına verdiyi yüksək qiymət özündə bir sıra mühüm məqamları ehtiva edir:

“Azərbaycan prezidenti dünyada gedən prosesləri qiymətləndirməyi və beynəlxalq münasibətlərin ən kiçik nüanslarına nüfuz etməyi bacarır. Dövlət başçısının formalaşdırdığı bu xarici siyasət xətti artıq müsbət nəticələr verməyə başlayıb. Prezidentin bu siyasi xəttində onun konseptuallığı, uzaqgörənliyi, Azərbaycanın köklü maraqlarını ifadə etməsi xüsusilə diqqət çəkir. Qarabağ probleminin həllinə dair beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin yekdil rəyə gəlməsi məhz bu siyasətin nəticəsidir. Artıq dünya dövlətləri problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edirlər”.

Politoloq bildirib ki, Putinin azərbaycanlı həmkarına ünvanlandığı təbrik məktubundakı səmimi sözləri liderlər arasında dərin dostluq əlaqələrindən və qarşılıqlı yüksək etimaddan xəbər verir:

“2018-ci ildə Rusiya prezidentinin ölkəmizə üç mühüm səfərini nəzərə alsaq, belə görüşlərin gələn il də intensiv olacağını söyləyə bilərik. Belə ki, liderlərin 2019-cu ilin əvvəlində yüksək səviyyəli görüşünün şahidi ola bilərik. Ümidvarıq ki, qarşıdakı görüşlər silsiləsi nəhayət Qarabağ probleminin həllinə öz töhfəsini verəcək”.

Politoloq Rusiya-Azərbaycan əlaqələrindən də bəhs edib:

“İki ölkə arasında dinamik inkişaf edən əlaqələrin bir qolunu da Azərbaycanın Rusiya regionları ilə münasibətlərini genişləndirməsi təşkil edir. Məsələn, Azərbaycan Həştərxanla iqtisadi-ticari əlaqələr saxlayır və bu əlaqələr hər gün inkişaf edərək iki ölkə arasındakı münasibətlərə böyük töhfə verir”.

Tarix
2018.12.25 / 14:33
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla