Yuxarı

Putinlə rüsvayçı görüş haqda Nikoldan – Şok etiraflar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinlə rüsvayçı görüş haqda Nikoldan –

Nikol Paşinyanın Vladimir Putinlə görüşü hazırkı erməni hökuməti ilə Kreml arasında yaranmış dərin uçurumu bir daha sərgiləyib.

Axar.az xəbər verir ki, Paşinyan ermənilər üçün həyati əhəmiyyətə malik qaz probleminin həllinin dalana dirənməsini ört-basdır etməkdən ötrü səfərdən dərhal sonra Feysbuk hesabında uğursuz Moskva səfərinin yekunlarına “bəzək-düzək” verib.

“Qazla bağlı qərar qəbul edilməsə də, müzakirələr davam etdirilir”, - Paşinyan bildirib.

Paşinyan bu sözlərlə problemin həlli üçün səfər etdiyi Moskvadan əslində əliboş qayıtdığını dolayı yolla etiraf edib. Onun Moskvada aparılan danışıqlardan sonra “arzuolunan nəticələrə” və ya “ən azından, arzuolunmaz nəticələrin olmayacağına ümid etdiyini” bildirməsi heç bir nəticə əldə olunmadığının göstəricisidir.

Paşinyanın açıqlamasında açıq şəkildə Putinlə görüşün alınmamasına işarə vurur:

“Bizim münasibətlərimiz o qədər hərtərəfli və çoxşaxəlidir ki, Putinlə görüş zamanı ikitərəfli gündəmdə dayanan bütün məsələləri müzakirə edə bilmədik”.

Bu, dolayısı ilə “Putinlə görüşümüz yarımçıq qaldı” və yaxud “Ciddi məsələləri müzakirə edə bilmədik” deməkdir. Görünür, Rusiya lideri Ermənistanın qeyri-ciddi baş nazir əvəzi ilə ciddi müzakirələr aparmağı lazım bilməyib.

Paşinyanın bu görüşü “qiymətləndirmə meyarı” da diqqət çəkib. Sentyabrın 8-də Kreml səfərində Putinlə görüşdən sonra Moskva ilə münasibətləri “parlaq” adlandıran Nikol bu dəfəki böyük etinasızlıq şəraitində keçən danışıqlar fonunda ikitərəfli əlaqələri “hərtərəfli” saymaqla kifayətlənib.

Yəni artıq “parlaq” münasibətlər yoxdur, “hərtərəfli” var.

Ən maraqlısı isə Paşinyanın həbs etdiyi Köçəryana Putinin növbəti təbriki idi. Putin əliboş yola saldığı Paşinyanı İrəvanda Köçəryana Yeni il təbriki ilə “qarşıladı”.

Tarix
2018.12.28 / 15:12
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Karapetyan Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla