Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 İyul 2019


Qərb Rusiyanın çöküş planına Bakını qoşmaq istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan siyasətdə o qədər naşı bir ölkə deyil ki, böyük siyasi kompromislərə getsin".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Rusiyanın bir vaxtlar Azərbaycana verdiyi vədlərə əməl etmədiyini bildirib:

"Rusiya uzun müddət bizə vədlər verdi. Qarabağın qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təminatıyla bağlı Bakı ilə danışıqlar aparılırdı. Cəmiyyətdə illüziya xarakterli nikbinlik yaranmışdı ki, Rusiyanın köməyi ilə Qarabağ bizə qayıdacaq. Ermənistanda isə bununla bağlı həyəcan başlamışdı. Bütün bunlar baş vermədi. Yəni Rusiya iyula qədər bu illüziyanı yaşatdı, sonra isə planı həyata keçirə bilmədi. Düzdür, indi də Bakının Rusiya ilə münasibətləri yaxşıdır, amma onlar deyirlər ki, bizim vədlərə əməl etməyimiz üçün Avrasiya İttifaqına girin. Azərbaycan siyasətdə o qədər naşı bir ölkə deyil ki, böyük siyasi kompromislərə getsin. Qərb isə Rusiyanı çökdürmək istəyir və bu prosesə Azərbaycanla Ermənistanı da qoşmaq istəyir. Bu məqamda isə Qərb Azərbaycanı çox gözəl başa düşür. Bakının bir nömrəli məqsədi Qarabağın geri qaytarılmasını həyata keçirməkdir. Buna görə də Paris görüşündə onlar indiyə qədər görülməmiş dərəcədə bizim problemlərə rəğbətlə yanaşdılar. Bu Azərbaycanın siyasi rəhbərliyində ruh yüksəkliyi yaratmaya bilməzdi. Artıq Qərbə inteqrasiya xətti gündəmə gəlməlidir. Bakı hələlik neytraldır. Görünür, hər hansı tərəfi tutub onun vasitəsilə problemlərin həllinə nail olmağın vaxtı çatıb".

Tarix
2014.11.02 / 09:30
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

Azərbaycanlı fəalların aclıq aksiyası davam edir

"Meqafon" təxribatçı əməkdaşlarını işdən çıxardı

Keşikçidağ provokasiyası: böyük güclərin geosiyasi maraqları...

Keşikçidağ kimə məxsusdur? - Xələfov nöqtə qoydu

Əli Həsənov: Sərhədçilərimizə qarşı törədilən son təxribat...

Sərhəd naryadına qarşı cinayət əməli baş verdi - Xələfov

Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - Video

Erməni qatilin öldürdüyü Behbud xanın son sözləri

Saakaşvilidən Bakı və Tiflisə - Müraciət

Gürcüstan XİN-dən Keşikçidağ insidenti ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla