Yuxarı

Putinin Ərdoğana məktubunda bu cümlə... – Tarixi mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Ərdoğana məktubunda bu cümlə... – Tarixi mesaj

Moskva Ankara ilə ən azı tərəfdaş olmaq istəyir.

Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Yeni il münasibətilə ilə təbrik etməsinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Yeni il bayramı xristian dini ilə bağlı olduğundan, Ərdoğanın Putinə məktub göndərməsi daha gözlənilən idi:

“Putinin Ərdoğana Yeni il məktubunu həm də bir siyasi jest kimi də qəbul edə bilərik. Ələlxüsus da əsədçilərin Menbiçə daxil olması ilə bağlı dezinformasiyası və buna Türkiyənin operativ cavabından sonra Putinin Ərdoğana Yeni il məktubunda, Rusiya-Türkiyə münasibətləri barəsində tərif dolu cümlələr yazması müsbət bir addım kimi dəyərləndirilməlidir. Məktubda bir ifadə daha çox marağımı cəlb etdi. Putin qeyd edib ki, Rusiya ilə Türkiyə Avrasiya məkanının təhlükəsizliyini gücləndirməyə birgə davam edəcək. Bu cümlə o deməkdir ki, Rusiya region və dünyada artıq Türkiyə reallığını qəbul edib. Bu hamısı AKP-nin son illərdə apardığı ağıllı xarici siyasətinin nəticəsidir”.

Politoloq vurğulayıb ki, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana da xeyirdir:

“Tarixə baxsaq, görərik ki, Türkiyə Rusiya yaxınlaşması zamanı Azərbaycan hər zaman qazanan tərəf olub. Türkiyə güclənməkdə davam etdikcə Moskva ilə Ankara daha çox bir-birinə yaxınlaşacaq. Şimali Suriya terrorçulardan təmizlənəndən sonra isə hər an Qarabağımızda mehmetciyimizi görə bilərik”.

Tarix
2018.12.30 / 23:19
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla