Yuxarı

Tramp bu imtina ilə dünyaya mesaj verdi – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın Davos İqtisadi Forumundan imtinası dünya ölkələrinə ciddi bir mesajdır.

Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın Davos İqtisadi Forumunda iştirakdan imtina etməsi ilə bağlı qərarını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, əslində bu qərarın bir neçə maraqlı tərəfi var:

“Davos forumu qloballaşmanın simvollarından biridir. Bu forum qlobal iqtisadi münasibətlərlə bağlı trendlərin müəyyənləşdirilməsi, qərarların verilməsi üçün ciddi platformadır. Trampın qloballaşmaya qarşı olduğunu unutmamalıyıq. Tramp ABŞ maraqlarını hər şeydən üstün tutaraq, ticarət müharibələrini tətikləyir, Çin və digər ölkələrlə məhz ticarət müharibələri ilə bağlı gömrük və vergi rüsumlarının artırılması yolu ilə ABŞ-a üstünlüyün qazandırılması taktikasını, xəttini tutur. Trampın bu addımı qloballaşma və qlobal, açıq ticarətə sərt bir mesajdır. Çünki Trampın orada olması ən azından ticarət müharibələri ilə bağlı apardığı siyasətə uyğun açıqlamaları, onun izah olunması, suallara cavab verməsi ilə yadda qala bilərdi. Tramp bu addımı ilə sanki mesaj verir ki, qloballaşma əleyhinə addımlarını davam etdirəcək, dövlətlərin öz maraqlarını qorumaq üçün sərhədləri qapamaq, gömrük və vergi rüsumlarından istifadə etmək taktikasına sadiq qalacaq”.

İqtisadçı vurğulayıb ki, Trampın imtina qərarı dünya ölkələri üçün də ciddi siqnaldır:

“Gələcəkdə, ən azından 2020-ci ildə ABŞ-da keçiriləcək seçkilərə qədər Trampın və ABŞ-ın mövqeyi qlobal ticarətin əleyhinə olacaq. Daha çox ABŞ maraqlarına uyğun qərarların verilməsi müşahidə ediləcək”.

Qeyd edək ki, Tramp Davos İqtisadi Forumunda iştirakdan imtina edib.

Tarix
2019.01.12 / 09:25
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla