Yuxarı

Elmar Məmmədyarov kəskin danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə nazirlərin görüşündə çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov əvvəcə gözəl təşkilatçılığa görə Ukraynaya təşəkkür eləyib.

"AzNews.az"ın Kiyevə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, nazir, Azərbaycanın ATƏT-in apardığı siyasətə və sahib olduğu dəyərlərə tamamilə qatıldığını bildirib:

"Çünki regionda təhlükəsizlik sahəsində fəaliyyət göstərən yeganə təşkilat hesab edirik". Çıxışında BMT-nin 4 qətnaməsini xatırladan Məmmədyarov qeyd eləyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kompleks sülh danışıqları çərçivəsində həllində maraqlıdır: "Bu kompleks sülh danışıqlarına Dağlıq Qarabağın ətraf 7 rayonun oradan qoşunların çıxarılması ilə azad olunması, sərhədlərin açılması, regionda xalqların, icmaların yaxınlaşması və sair aiddir. Bu region ətrafında hərbi xərclərin azaldılmasına, bölgədə sülhə və bölgənin inkişafına səbəb olacaq".

Ermənistanı konstruktivliyə çağıran Azərbaycanın Xarici İşlər naziri məsələnin həllində hər iki tərəfin rolunun və səylərini bərabər olmasının önəmini vurğuladı. Seçki ilə bağlı da DTHİB-in (ODİR) açıqlamasını da dəyərləndirən Elmar Məmmədyarov ATƏT-ə ciddi iradını bildirdi. O, bir təşkilatın texniki mandatına sahib olan bir institutun bütün təşkilatın adından danışmaq haqqına sahib olmadığını bildirdi.

Xatırladaq ki, DTHİB (ODİR) seçki prosesi və onun yekunu ilə bağlı mənfi rəy vermişdi.

Tarix
2013.12.05 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla