Yuxarı

Prezidentin SAM-ı ləğv etməsinə - İki reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident doğru qərar verdi. Administrasiya yanında Strateji Araşdırmalar Mərkəzi gərəksiz quruma çevrilmişdi, nə işlə məşğul olduqları bəlli deyildi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Strateji araşdırmalar Mərkəzinin ləğvi haqda bugünkü fərmanına rekasiyasında bildirib. Politoloq qeyd edib ki, bu qurum bölgədə baş verən çoxsaylı proseslərə reaksiya verməyib:

“Ortada nə analizlər, nə proqnozlar, nə də bu analiz və proqnozları səsləndirənlər var idi. Əvəzində mənasız səfərlər təşkil edir, oxunmayan dərgilər dərc edirdilər. Büdcəni bu cür yüklərdən azad etmək lazımdır”.

Musavat.com isə dekabr ayında Strateji Araşdırmalar Mərkəzinin Ankarada təşkil etdiyi bir tədbiri xatırladıb. “Yeni Müsavat” media qrupunun rəhbəri R.Arifoğlu həmin zaman bu tədbirin saxta, heç bir mənası olmayan, yalnız Bakıdan gedən bir neçə şəxsin iştirakı ilə təşkil olunduğunu bildirmiş, tədbiri saxta adlandırmış və bununla bağlı foto-faktlar paylaşmışdı. Sözügedən olayı xatırladaq portal SAM-ın ləğvini dəstəkləyib.

Qeyd edək ki, Prezidentin bu gün ləğv etdiyi qurumlar içərisində Azərbaycan Respublikasının Prezident yanında Strateji Araşdırmalar Mərkəzi də var.

Tarix
2019.01.14 / 23:49
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla