Yuxarı

Bu məmurlardan maşınlar alınacaq - Fərman

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məmurlardan maşınlar alınacaq - Fərman

Fərmana görə Nazirlər Kabineti bir ay müddətində bütün dövlət qurumu və dövlət şirkətlərində, hətta publik qurumlarda xidməti avtomobil ilə təmin edilməli olan bütün vəzifələrin siyahısını hazırlamalıdır.

Bu yeni siyahıdan kənar olan bütün xidməti maşınlar Fərmanın tələbinə əsasən dərhal özəlləşdirilməyə çıxarılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Osman Gündüz Prezidentin ötən gün imzaladığı Fərmanın bir bəndini şərh edərkən deyib. O bildirib ki, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tullantılarla məşğul olan qurumu büdcə vəsaiti hesabına 140 000 manatlıq “Land Kruser”, bir dövlət universiteti 116 000 manatlıq “Toyota Avalon” almışdı.

“Bir iki gün öncə daha bir publik qurum da 1.4 milyona bir neçə maşın almışdı. Fərman tam doğru yanaşmadır, gözləmək olar ki, yaxın 2-3 ayda özəlləşdirməyə xeyli komfort maşınlar çıxarılacaq”.

Ekspert Rövşən Ağayev isə bildirib ki, 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləği 700-800 milyon dollar çatır.

Onun sözlərinə görə, Prezidentin dünənki fərmanından sonra xidməti maşınların sayı azalacaq.

Tarix
2019.01.18 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla