Yuxarı

Yandırıcı güllələrin törətdiyi yanğın... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar 1990-cı il gecəsi Bakıda və Azərbaycan rayonlarında baş verənlər SSRİ hakmiyyətinin Azərbaycan xalqına qarşı cinayəti idi.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildirib ki, Mixail Qorbaçov və komandası Ermənistanın Azərbaycan torpaqlarına iddiasına cavab vermək yerinə, dinc sakinləri gecə ilə gülləbaran etdi:

“Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaqdır”.

Qeyd edək ki, bu gün 20 Yanvar faciəsindən 29 il ötür.

Tarix
2019.01.20 / 00:58
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla