Yuxarı

Qəzeti 1 dəqiqəlik sükutla yad etməyin vaxtı çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Argentina yazıçısı Xorxe Luis Borxes yazırdı ki, kitab yaddaş, qəzet isə unutmaq üçündür. Borxes deyən dövr gəlib çatıb.

Axar.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Etibar Əliyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun qəzetlərə ayırdığı vəsaitin verilməsi ilə bağlı şərtləri dəyişdikdən sonra bir neçə qəzetin çap fəaliyyətini dayandırmasına münasibət bildirərkən deyib. E.Əliyev Rusiya qəzetləri ilə müqayisələr aparıb:

“Rusiyada çıxan "Arqumentı i faktı" qəzetinin tirajı 1.509.086, "Literaturnaya qazeta"nın tirajı 113.800, "Kommersant" qəzetinin tirajı isə 125.000 ədəddir. Bu qəzetlərin indi çıxan nömrələrini 2-3 ildən sonra da oxusan, görəcəksən ki, aktuallığı itirməyib. Bizim qəzetlər çıxdığı günün günortasından sonra makulaturaya çevrilir”.

Ekspert bildirib ki, islahat deyildikdə qəzetlərin keyfiyyətini artırmaq nəzərdə tutulmalı idi:

“Qəzet köşkləri” artıq “siqaret köşkləri” kimi tanınır. Köşklər geriyə qəzet qaytarmaqdan beziblər. Qəzetlərin keyfiyyəti (məzmununu nəzərdə tuturam) çox aşağı səviyyədədir. Tarixən qəzetlərin əsas alıcıları orta və yaşlı təbəqə sayılırdı ki, onlar da artıq qəzet oxumurlar. Bütün hallarda deyilən islahatlar keyfiyyəti nəzərdə tutmalıdır. Bu isə çox çətin məsələdir. İndiyə qədər bu edilməyibsə, bundan sonra bunu etmək mümkün deyil. Qəzeti 1 dəqiqəlik sükutla yad etməyin vaxtı çatdı”.

Tarix
2019.02.02 / 13:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla