Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Avqust 2019


Naxçıvanda komandir müavinləri ilə toplantı keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, təlim-metodiki toplantı hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işində şəxsi heyətlə iş üzrə zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ixtisas hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə təşkil edilib. Toplantıda nəzəri məşğələlərə üstünlük verilərək şəxsi heyətlə iş üzrə komandir müavinlərinin peşəkarlıqlarının artırılmasına, tabelikdə olanların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi işinə xüsusi diqqət yetirilib.

Muxtar respublikanın Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin toplantıda iştirak edən nümayəndələri müxtəlif mövzularda çıxışlar ediblər. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən toplantı zamanı bölmələrdə ictimai-siyasi hazırlıq dərslərinin keçirilməsi üzrə göstərici dərslər və hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Şəxsi heyətlə iş üzrə zabitlərdən ixtisas hazırlığından məqbullar götürülüb.

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə üç gün davam edən təlim-metodiki toplantının yekununda zabitlərin ixtisas hazırlığı və tabelikdə olanları idarəetmə bacarıqları yüksək qiymətləndirilib.

Tarix
2019.02.11 / 21:16
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Xəzərin dibi ilə boru bu iki ölkəni narahat edir - Şərh

Bakı və Tiflis arasında növbəti Keşikçidağ müzakirəsi

Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - Açıqlama

Şok faktlar: “Qazıyev dedi ki, Aparatı bombalatdıracaq” - Video

Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil

Ermənilər narahatdır: Paşinyan onları hara aparır?

ABŞ seçim qarşısında: münaqişədə kimi seçəcək?

Ordumuzun bu ərazini nəzarətə götürməsi... - General danışdı

Markov: Dağlıq Qarabağ Azərbaycanındır - Video

Patruşev Putinin İrəvana hansı mesajını aparıb? - Politoloq

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla