Yuxarı

ABŞ Rusiyaya qarşı elə bir savaşa hazırlaşır ki... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarında ən böyük hədəflərindən biri bu ölkənin enerji sektorunda sıxılmış qaz və ya “Şimal axını 2” layihəsidir.

Bunu Axar.az-a ABŞ-ın Rusiyanın energetika və bank sektoruna, o cümlədən dövlət borclarına qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, “Şimal axını 2” layihəsinə milyardlarla vəsait xərclənsə də, sıxılmış rus qazının Avropa bazarına çıxarılması və Ukraynadan yan keçməklə Almaniyaya çatdırılması sual altındadır:

“ABŞ şəxsi maraqları çərçivəsində sıxılmış rus qazı ilə bağlı ciddi addımlar atmağa hazırlaşır. Belə ki, ABŞ artıq öz sıxılmış qazının Avropaya, əsasən də Polşa və Baltikyanı ölkələrə ixracatına başlayıb. İspaniya ilə də müqavilə bağlanılıb. ABŞ yaxın iki ildə təqribən 60 milyard kubmetr sıxılmış qazı Avropaya satmağı düşünür. Gələcəkdə bu rəqəmin 100 milyard kubmetrə çatdırılması gözlənilir. Ancaq yaxın iki ildə Rusiya Avropa bazarında ABŞ-ın əsas rəqibi olaraq qalmaqdadır. Ona görə də ABŞ yeni sanksiyalarla Rusiyanın Avropa enerji bazarına təsirini daha da azaltmağı hədəfləyir. ABŞ-ın məntiqi ondan ibarətdir ki, Rusiya enerji məsələsindən, əsasən də qaz təminatından Avropaya təzyiq kimi istifadə edir. Bu fonda yeni sanksiya dalğasının “Şimal axını 2” layihəsinə şamil edilməsi Rusiyanın Avropa bazarında hegemonluğuna zərbə vuracaq”.

Ekspert hesab edir ki, qaz satışının azaldılması Rusiya iqtisadiyyatında dalğalanmalara səbəb olacaq:

“Çünki Rusiyanın milli və xarici gəlirlərinin az qala 25 faizə yaxınını məhz qaz gəlirləri təşkil edir. Bu, hətta neft gəlirlərindən də çoxdur. Rusiya Avropa və dünyaya ildə təqribən 140-145 milyard kub metr qaz satır. Ona görə də yeni sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. Artıq rubl buna reaksiya verib və sanksiyaların səviyyəsi dəqiqləşdikdən sonra rubl daha da dəyərdən düşəcək”.

Rusiyanın xam neft istehlakına qarşı məhdudiyyətlərə gəlincə, iqtisadçı belə qadağaların gündəmə gələcəyini düşünmür:

“Çünki Rusiyanın neft bazarından çıxarılması çox böyük fəsadlara gətirib çıxara, rus neftinə öyrəşən Avropa ölkələrinin resurssuz qalmasına, eyni zamanda, neft qiymətlərinin kəskin artırmasına səbəb ola bilər. Ona görə də neftlə bağlı kəskin addımlar gözlənilmir”.

N.Cəfərli bu arada Rusiya ilə ABŞ arasında gizli kəşfiyyat savaşının artacağını da istisna etməyib:

“Orta Asiyadan keçməklə Rusiya üzərindən Avropaya narkotik daşınması heç kimə sirr deyil. ABŞ-ın bu böyük narkotrafik kanalı ilə bağlı çox sərt mövqe sərgiləməsi gözənilir. Belə ki, ABŞ Rusiya üzərindən keçən kanalın kəsilməsi ilə bağlı əməliyyatları daha da genişləndirəcək. Hətta siyasətçi, məmur və hüquq-mühafizə orqanlarının bu işlə əlaqəsi müəyyən olunsa, həmin şəxslərə qarşı fərdi sanksiyalar da işə düşəcək”.

Qeyd edək ki, ABŞ Senatı Rusiyanın energetika və bank sektoruna, o cümlədən dövlət borclarına qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul etməyə hazırlaşır.

Sanksiyaların “Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi”, “Ukraynaya qarşı aqressiya” əsasları ilə tətbiqi nəzərdə tutulub.

Tarix
2019.02.14 / 14:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla