Yuxarı

Azərbaycanda 722 ölüm: Bu qəsdin adı nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən qəzalar oldu, bir həftə əvvəl də oldu. Ölüm baş verdi. Cansız bədəni göndərilən hər bir ailənin həyatında faciə və həyətində dərin hüzn mərasimləri təşkil olunub. Onlar bir-birinə ölən doğmalarının xatirələrini danışır, ovunmur. Təskinlik vermək üçün sözlər də aciz qalıb.

Hər il yüzlərlə insanın faciəsi, onlarla insanın ölümü, maddi ziyanlar cəmiyyəti təhdid edir. İldən-ilə avtoqəzaların sayında azalmaların olmasına baxmayaraq, yenə də tələfat, ziyan var. Dövlət bu sahədə əməli tədbirlərini davam etdirir, ildən-ilə müxtəlif vasitələrlə hadisələrin azaldılmasına çalışır. Dövlətin əsas məqsədi ona yönəlib ki, insanlar təhlükəsiz yaşasın.

2018-ci ildə Azərbaycanın avtomobil yollarında 1817 yol-nəqliyyat hadisəsi baş verib. Zərərçəkənlərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olub. Onlardan 722 nəfər ölüb, 1711 nəfər yaralanıb.

Ekspertlər hesablayır ki, orta hesabla 150-200 uşaq ya atasız, yaxud anasız qalıb – qəzaya düşənlər ən yaxşı halda şikəst olub.

Bütün qəzaların başlıca səbəbi sürət həddinin aşılmasıdır, ehtiyatsızlıqdır, yolda mənəm-mənəmlikdir.

Vəziyyəti təhlil etdikdə aydın olur ki, qəzalar adətən “Yol polisi yoxdur, görmür, sürüm...” düşüncəsindən baş verir. Sürücü bilir ki, polis görsə, müşahidə etsə, dayandıracaq, cəzalandıracaq. Baxmayaraq ki, bəzi ekspertlər yol polisinin profilaktik tədbirlərini başqa şəkildə şərh edir. Deyir ki, bu qədər cərimə olmaz.

Niyə olmaz? Hüquq fəlsəfəsi bunun sadə izahını verir: ictimai təhlükəli əməli cəzasız qalan insan ya ölümə gedir, ya da öldürməyə...

Məgər dövlət hər bir sürücünün yanına, hər bir yolayrıcına nümayəndə qoymalıdır?

Yol polisi müntəzəm statistikanı yayır ki, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir.

Statistikaya əsasən, hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yəni, istirahət günü də harasa tələsirlər.

Onu da əlavə edək ki, yol-nəqliyyat hadisələrinin 90 faizi yaşayış məntəqələrində baş verib. İnsan nə qədər etinasız, nə qədər məsuliyyətsiz olmalıdır ki, yaşayış yerlərində bu qəzaları törətsin.

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. İnsan cəmiyyətə qarşı niyə bu qədər açıq hörmətsizliyə, biganəliyə yol verir?

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil edir. Yəni, bu insanlar atadır, əmidir, dayıdır, babadır. Bu insanlar öz bir yana, bəs ailəsini, doğmalarını düşünmürmü?

Hələ bu azmış kimi ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya xəsarətlə nəticələnən 49 qəza baş verib. Nəticədə 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bu qəsdin adı nədir?

Tarix
2019.02.16 / 15:26
Müəllif
Elşad Hacızadə
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla