Yuxarı

"Neolit" davasına görə məşhur bloger həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Çeçenistan vətəndaşları arasında Moskvadakı "Neolit" kafesində fevralın 14-də baş verən kütləvi dava işi üzrə məşhur islam blogeri Əlibəy Mirzəxanov saxlanılıb.

Axar.az Virtualaz.org-a istinadən bildirir ki, onun İnstaqram səhifəsinin 100 mindən çox abunəçisi var.

Ə.Mirzəxanovun qardaşı bildirib ki, təxminən 20 polis əməkdaşı Əlibəyin yaşadığı mənzilə girib və onu yerə uzadaraq döyüb. Onlar mənzili axtarıb, bütün avadanlıqları ələ keçiriblər, sonra isə tutulan şəxsi naməlum istiqamətə aparıblar.

Mirzəxanovun qohumlarına verilən qərarda bildirilib ki, o, "bir qrup şəxs tərəfindən qabaqcadan hazırlanmış fitnə-fəsad"da şübhəli bilinir. Saxlanılanın yaxınları iddia edirlər ki, Əlibəy "Neolit" kafesindəki davada iştirak etməyib, onlar onunla bağlı axtarışın əsaslandırıldığı səbəbi “uydurma və formal" adlandırıblar.

Mirzəxanovun yeri, demək olar ki, bir gün məlum olmayıb. O, yalnız fevralın 17-də gecə zəng edib və bildirib ki, “Peçatniki” polis şöbəsindədir, vəziyyəti çox pisdir və xahiş edib ki, onun üçün vəkil tutsunlar.

Bununla belə, adıçəkilən polis şöbəsindən "Dojd" telekanalı müxbirinin zənginə cavab verərək bildiriblər ki, onlarda Mirzəxanov soyadlı saxlanılan yoxdur.

Tarix
2019.02.17 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla