Yuxarı

Poroşenkodan BMT-yə Rusiya ilə bağlı gülməli müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti BMT-yə Rusiyanı BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan məhrum etmələri ilə bağlı müraciət edib. Ən gülməlisi də odur ki, Prezident Poroşenko bunu BMT-nin 6 əsas orqanından birinin rəhbərindən - BMT Baş katibindən xahiş edib.

Axar.az xəbər verir ki, bu sözləri Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O bildirib ki, əslində BMT nizamnaməsində TŞ üzvləri sırasında Rusiya Federasiyasının adı yoxdur:

"Orada SSRİ-nin adı gedir. Bu boyda dövlətin prezidentinə öz ölkəsində BMT nizamnaməsinə belə dəyişikliyin mümkünsüz olduğunu izah edən tapılmayıb?! Deməli, nizamnaməyə dəyişiklik tutaq ki, Baş Assambleyada qəbul olundu. Onun qüvvəyə minməsi üçün BMT üzvü olan dövlətlərin üçdə ikisinin ratifikasiyası lazımdır. Hələ bu da heç nədir. Gərək BMT TŞ daimi üzvləri olan 5 ölkənin hamısı bunu ratifikasiya etsin. Belə fərz edək ki, BMT üzvü olan ölkələrin üçdə ikisi (əslində mümkün olmayan bir iş), lap tutaq ki, BMT TŞ üzvlərinin 4-ü də bu dəyişikliyi ratifikasiya etdi. Rusiyanın Dövlət Duması isə "yox" dedi. Nöqtə. Dəyişiklik qüvvəyə minə bilməz".

Tarix
2019.02.22 / 00:42
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla