Yuxarı

Siyavuş Novruzovun “bağışlayaq” sözünə - Etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Siyavuş Novruzovun yanaşması zərərlidir.

Axar.az xəbər verir ki, bu fikirləri Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov deputat Siyavuş Novruzovun R.İbrahimbəyovun ölkəyə geri dönməsini misal çəkərək xaricdə yaşayan və Azərbaycana qarşı söyüş kampaniyası aparan şəxslərin də bağışlanmasının mümkünlüyü fikrinə münasibət bildirərkən deyib.

“Deməli, get, Vətəni sat, erməniyə məlumat ötür, əsgərlərimizin mövqelərini erməni tərəfinə bildir, axırda bir tövbə elə, ol təptəzə və tərtəmiz?”

Xatırladaq ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun Bakıya gəlməsinin onun siyasi hakimiyyət tərəfindən bağışlanması mövzusunda Musavat.com-a geniş müsahibə verib. Deputat deyib ki, xaricdə oturub bu gün erməni lobbisinin, ayrı-ayrı dairələrin verdiyi maliyyə hesabına Azərbaycan xalqına, dövlətinə böhtan yağdıran, şər deyən, söyüş söyən, o cümlədən Azərbaycanın daxilində dövlətimizin nailiyyətlərinə sevinməyən, üstəlik, olan şeyləri öz adlarına çıxmaq istəyən, bunu keçirilən mitinqlərlə əlaqələndirənlər, dövlətinə qarşı düşmənçilik siyasəti aparan insanlar da üzr istəsə, tövbə etsə, bağışlana bilər.

Tarix
2019.02.22 / 12:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla