Yuxarı

Türk yurdunda yaşanan dəhşətli dram - Dünya susur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk yurdunda yaşanan dəhşətli dram - Dünya susur

Qədim türk yurdu Şərqi Türküstanda uyğur türklərinin etnik kimliyinə qarşı insanlıq dramı, soyqırım, fiziki və mənəvi zorakılıq ən acınacaqlı formada davam edir. Uyğur türkləri düşərgələrdə fiziki, mənəvi işgəncələrə məruz qalır, çinli kişilər uyğur qızlarına təcavüz edirlər.

Heç bir hüquqi, əxlaqi ölçülərə sığmayan Çin imperialist siyasətinə heç bir dövlət, beynəlxalq təşkilat etiraz etmir. Əksər dövlətlər, o cümlədən, dünyaya radikal islam ixrac etməklə məşğul olan və özünü müsəlman dövləti sayan Səudiyyə Ərəbistanı bu məsələləri Çin dövlətinin daxili işi hesab edir.

Lakin beynəlxalq hüququn hamılıqla qəbul etdiyi prinsiplərə görə, insan hüquqları heç bir dövlətin daxili işi hesab edilə bilməz. Dünyada müsəlman-türk kimliyinə münasibətdə bu prinsiplərin ikili standartlarla əvəz edilməsi kimi acı nümunə uyğur türklərinin də taleyinə yazılıb. Təəssüf ki, son dönəmlər Çin həbsxanalarında şəhid olan uyğur türklərinin azman kişilərinin ölüm xəbərləri belə türk dünyasına təsirsiz ötüşür.

Bir müddət əvvəl ünlü uyğur ozanı Abdurəhim Heyitin ölüm xəbəri türk dünyasını sarsıtdı. Bu səbəbdən bir neçə gündən sonra ünlü ozanın Çin həbsxanasından sağ olması ilə bağlı video müraciətini yaymaq zorunda qaldılar. Lakin A. Heyitin ölüm xəbəri yanlış olsa da, daha acınacaqlı gerçəklə üz-üzə qaldıq - böyük alim Məhəmməd Saleh Hacim həbsxanada şəhid oldu.

Qurani-Kərimi uyğur türkcəsinə çevirən islam alimi Məhəmməd Saleh Hacim kimdir?

1936-cı ildə Şərqi Türküstanın Artuş şəhərində anadan olan Məhəmməd Saleh Hacim kiçik yaşlarında ərəb-fars dillərini mənimsəyib, 11 yaşın ikən Quran hafizi olub. Onun mükəmməl bir din alimi kimi yetişməsində bölgədə şair və böyük din alimi kimi nüfuz sahibi olan atası Saleh Hacimin rolu olub. Məhəmməd Saleh Hacim Qurani-Kərimi uyğur türkcəsinə çevirən ilk islam alimi kimi şərəfli bir ünvanı da daşıyıb. 3 il öncə heç bir səbəb olmadan Çin polisi tərəfindən həbs edilən böyük islam alimi bu günlərdə 82 yaşında Çin həbsxanasında şəhid olub.

Tarix
2019.02.28 / 07:00
Müəllif
Səməd Vəkilov
Digər xəbərlər

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla