Yuxarı

Paşinyan "məndən əl çəkin" deyə qışqırır - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan "məndən əl çəkin" deyə qışqırır - Politoloq

İranda “Qarabağ Ermənistandır və Son” şüarının səslənməsinə şərait yaradılırsa, Tehranda, Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə “Qarabağ Azərbaycandır. Vəssalam” şüarının da səslənməsinə böyük ehtiyac var.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda “Ararat” idman-sağlamlıq kompleksində ermənilər qarşısındakı çıxışı zamanı yenə "mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ ermənilərilə danışıqlar aparmalıdır” deyib:

"Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi iki görüşdən nəticə çıxmadığını belə izah edib: “Danışıqlarda nəticə yoxdur. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız” sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin”. Paşinyan Tehrandakı çıxışında müharibə ehtimalına da toxunub: “Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox, bütün dünya ermənilərini (oxu: həmçinin İran ermənilərini) görəcək”. Göründüyü kimi, bu adam danışıqlara hazır deyil, az qala qışqırır ki, məndən əl çəkin. Belə isə mənasız danışıqlarda vaxt itirməyin mənası varmı? Danışıqların imitasiyasından imtina edib doğru bildiyimiz yolla getməliyik. O, bizi dünyada yaşayan ermənilərin bir yumruq kimi işğal altındakı torpaqları “müdafiə” edəcəyi ilə qorxutmağa çalışır. Halbuki, mövcud durumu ondan yaxşı bilən eks-prezident Robert Köçəryan bu yaxınlarda dedi ki, Qarabağda müharibə gedəndə xaricdə yaşayan ermənilərdən barmaqla sayılacaq qədər könüllü gəlmişdi".

Tarix
2019.03.01 / 00:33
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Nazirlər son hərbi qarşıdurmadan narahatdır - XİN

Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının eyhamı...

XİN rəhbəri ispan həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Bayramov Özbəkistan XİN başçısı ilə danışdı

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

İordaniya səfiri təxliyə edildi: Azərbaycanı sevirəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla