Yuxarı

Cəmil Həsənli Milli Şuradakı gərginlikdən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmil Həsənli Milli Şuradakı gərginlikdən danışdı

"Müsavat Partiyasının Milli Şuranı tərk etməsini gözləmirəm. Əslində, məsələ mətbuatda daha gərgin görünür. Təhlükə o qədər də ciddi deyil".

Bunu öz açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbərin və Milli Şurada təmsil olunan partiya funksionerlərinin açıqlamalarına da münasibət bildirən C. Həsənli deyib ki, Milli Şurada mühit demokratik əsaslara söykənir: "Təşkilatda fikir müxtəlifliyi labüddür. Müəyyən məsələlərə münasibətdə fikir ayrılığı da ola bilər. Bu fikir ayrılıqları da normal qəbul olunmalıdır".

"Qarşılıqlı ittihamların və Müsavat Partiyasının Milli Şuranı tərk etməsi təhlükəsinin qarşısının alınması üçün danışıqlar aparılırmı" sualını da cavablandıran C. Həsənli deyib ki, daim Milli Şura üzvləri ilə görüşləri olur və bu ünsiyyətlər zamanı Milli Şuradakı vəziyyət də müzakirə edilir: "Əlbəttə, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və digərləri ilə görüşlərim keçirilir. Mövcud vəziyyətlə bağlı ciddi müzakirələrimiz olur" (Aznews.az).

Tarix
2013.12.07 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla