Yuxarı

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti uzadıldı

Şimali Kipr Türk Cümhuriyyətində gəminin batması nəticəsində 14 nəfərin itkin düşməsi ilə bağlı aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.

Məhkəmənin qərarı ilə hadisə ilə bağlı saxlanılan 9 nəfərin, o cümlədən gəmi heyətinin 8 üzvünün polis nəzarətində saxlanılma müddəti daha 7 gün uzadılıb.

Hadisə ilə bağlı “ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” ittihamı üzrə istintaq davam etdirilir.

Gəmi heyətində Azərbaycanın 3 vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov çalışıb. Onlar gəmidə matros, yağlayıcı və köməkçi heyət vəzifələrini daşıyıblar.

Vurğulanıb ki, bu gün keçirilən məhkəmə iclasında Azərbaycan vətəndaşı olan heyət üzvlərinə qarşı ayrıca ittiham elan edilməyib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin istintaq çərçivəsində hüquqi statusunun obyektiv şəkildə qiymətləndirilməsinin vacibliyini bildirib.

O qeyd edib ki, Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər:

"Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır".

O.Həsənoğlunun sözlərinə görə, hazırda aparılan istintaq çərçivəsində gəminin kapitanı, ikinci kapitan, baş mexannik və köməkçi mexannik gəminin idarə olunması, texniki vəziyyəti və səfərə hazırlığı ilə bağlı əsas məsul şəxslər sırasında qiymətləndirilir:

“Gəminin texniki vəziyyətinin, səfərə yararlılığının və hərəkətə buraxılmasının qiymətləndirilməsi digər köməkçi heyət üzvlərinin əsas vəzifələri sırasında olmaya bilər”.

O bildirib ki, Azərbaycan vətəndaşı olan heyət üzvləri hadisə zamanı gəmini son anda tərk edib və sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar.

Tarix
2026.09.11 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla