Yuxarı

Paşinyan “Qarabağ kartı”nı rəqiblərindən almağa çalışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın hazırda ilk dərdi daxili siyasətdə ipləri öz əlinə sadəcə siyasi deyil, həm də faktiki mənada almaqdır. Bu mənada Qarabağ məsələsi onun üçün öncəliklə daxildəki güc balansı baxımından strateji məna ifadə edir.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, bu çərçivədə Paşinyanın Qarabağ mövzusundakı (oğlunu əsgərə göndərməsi, Qarabağ ermənilərinə tərəf statusu təklifi, İran səfərində baş verənlər, Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırması) addımları daxili aspektdən iki cür yozula bilər:

“Birincisi, Paşinyan Ermənistanda həqiqi mənada hakim olmanın əvəzində Qarabağ klanına və “dərin erməni ağlına” (türkcə mənası “müesses nizama”) güzəştlər edir. Bu güzəşt də “Qarabağda sərt mövqeyə davam” şəklində özünü göstərir. Bunun qısavədəli, yoxsa uzunvədəli olduğunu indidən demək çətindir. Uzunvədəli olsa, Paşinyanı sələflərinin taleyi, Ermənistanı isə problemlərinin daha da ağırlaşacağı gələcək gözləyir. İkincisi, Paşinyan müxalif Qarabağ klanının Ermənistan-Qarabağ xətti arasındakı əlaqəni qoparmaq və Qarabağ klanını öz siyasi nəzarəti altına almağa çalışır. Bu strategiyanın iki yolu var: 1. Yuxarıda qeyd edilən populist addımlarla Qarabağdakı separatçılar arasında güc və inam əldə etmək; 2. Ermənistanda Qarabağ kartını əsas rəqibi Köçəryan – Sərkisyan- Daşnak xəttinin əlindən almaq”.

Politoloqun sözlərinə görə, Paşinyan Qarabağ kartını öz əlinə almaq üçün müxtəlif yollara baş vura bilər:

“O, bir yandan populist yanaşma ortaya qoymaqla, Ermənistanda xalq içərisində Qarabağ həssasiyyətini istifadə edən əsas rəqibi Köçəryan-Sərkisyan-Daşnak xəttinin ən mühüm silahını əlindən alar, digər tərəfdən Ermənistanda həm öz daxili maraqlarına uyğun olan, həm də Qarabağ məsələsində ona siyasi risk yaratmayacaq və Qarabağ klanına yeni bir muxalif himayədar tapmaq yolunu seçə bilər. Mövcud siyasi reallıqlarda Levon Ter Petrosyan buna uyğun namizəd kimi görünür. Petrosyanın son dövrlərdə Paşinyanla arasına məsafə qoymağa çalışması bu taktikanın işarəsi kimi yozula bilər”.

Tarix
2019.03.13 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla