Yuxarı

Prezident tapşırdı, bir həftəyə məsələni həll etdilər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələr həyata keçirilib.

Baku TV-nin əməkdaşları bu vərəsələrdən birini - 1992-ci ilin yanvarında könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən, minaya düşərək şəhid olan Elmar Mirzəyevin ailəsində olub.

Şəhidin anası Natella xanım Prezident İlham Əliyevin görüşdüyü şəhid analarından biridir. O, ölkə başçısının tapşırığından sonra notariusa getdiyini, bir həftə içərisində birdəfəlik ödəməni aldığını deyib:

“Prezidentimizdən də razıyam, birinci xanımdan da. Oğlumun adı məktəbə verilmişdi, amma hələ divardan asılmamışdı. Ölkə rəhbərliyinə məktub yazdım, bir həftə sonra oğlumun memorialı məktəbə asıldı. Prezident də, Mehriban xanım da sanki ananın ürəyini duydular.

Birdəfəlik ödəmələrlə bağlı tapşırıqdan sonra isə getdim notariusa, 1 həftənin içində həll elədilər. Harasa göndərmədilər. Dedilər ki, nənə, sənə zəng gələcək ki, gedib pulunu götürərsən”.

Natella xanım oğlunun necə şəhid olmasından da danışıb:

“Balam üç dəfə yaralandı. Birinci dəfə dabanından yaralanmışdı, evə gəldi. Axsadığını gördüm, dedi ki, ayaqqabı ayağımı sürtüb.

İkinci dəfə Laçında yaralandı. Amma xəstəxanada müalicə almaqdan imtina elədi. Dedi ki, orada ehtiyacı olanlar yatır, sən tibb bacısısan, mənə baxarsan.

Üçüncü dəfə Gülablıda kürəyindən yaralanmışdı. Dedim, heç olmazsa, bu dəfə axıra kimi müalicə al. Eşitdi ki, Şuşanı alıblar, dayanmadı, getdi. Döyüşdü, özünü və o mənfur düşmənləri partlatdı”.

Qeyd edək ki, Elmar Mirzəyev 1970-ci il 29 iyulda Xəzər rayonunun Albalı qəsəbəsində dünyaya gəlib. 1986-cı ildə Türkan qəsəbəsində yerləşən 1 saylı internat məktəbini bitirib.

1992-ci ilin yanvarında könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən Elmar Mirzəyev döyüşə Şuşanın Nəbilər kəndindən başlayıb.

Kəşfiyyat batalyonunda iştirak edən Elmar Mirzəyev həmin ilin noyabrında Gülablı kəndində minaya düşərək şəhid olub. Oxuduğu internat məktəbinə isə onun adı verilib.

Şəhidin anası Natella xanım deyir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə hər zaman dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.

Tarix
2019.03.13 / 19:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla