Yuxarı

“Sərhəd açılsa, Bakının savaşdan başqa yolu qalmayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan-Türkiyə sərhədlərinin açılması gündəmdə deyil".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə son zamanlar Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə aydınlıq gətirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu məsələni gündəmə gətirən Türkiyədə və dünyada fəaliyyət göstərən erməni lobbisi və Ermənistana dəstək vermək istəyən qüvvələrdir:

"Türkiyə sərhədləri ona görə bağlayıb ki, Azərbaycan əraziləri işğal olunub və bununla bağlı BMT qətnamələri qəbul edilib. Türkiyə ərazilərimizin azad edilməsi üçün bu dəstəyi bizə verib. Bu, Azərbaycan üçün bir üsuldur ki, Ermənistanı sülhə məcbur etsin. Sərhədlər açılarsa, bölgədə vəziyyət daha da gərginləşə bilər. Mənə elə gəlir ki, bu gün Türkiyə üzərinə təzyiqlər göstərmək istəyənlər bunu da nəzərə almalıdırlar ki, Türkiyə sərhədləri açarsa, o zaman Azərbaycanın əlində Ermənistanı sülhə məcbur etmək üçün güc üsulundan başqa bir yol qalmır. İnanmıram ki, Türkiyə yaxın müddətdə fikrini dəyişə. Soyqırımla bağlı Ermənistanın Türkiyəyə təzyiqləri, ərazi iddiaları özü-özlüyündə bu dövlətin siyasətinin nədən ibarət olduğunu bütün dünyaya nümayiş etdirir. Dünyada fəaliyyət göstərən türk və Azərbaycan icmaları yaşadıqları ölkədə erməni icmasının yalanlarına tutarlı cavablar verməlidir".

Tarix
2014.11.25 / 22:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla