Yuxarı

Yeni Zelandiyanın sabiq baş naziri Bakıda tədbirə qatıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Bulvar” oteldə Regional Hüquqi və İqtisadi Maarifləndirmə Birliyinin 1 illiyinin hesabat tədbiri və Novruz bayramı ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər ki, tədbirdə millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Azay Quliyev, Adil Əliyev, Sahib Əliyev, Yeni Zelandiyanın sabiq baş naziri və xanımı, tanınmış ziyalılar, ictimai xadimlər, Türkiyə və Təbrizdən gəlmiş qonaqlar, Masallı rayonunun rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Regional Hüquqi və İqtisadi Maarifləndirmə Birliyinin sədri Arzu Bağırova təşkilatın yaranmasının Novruz bayramı və Çanaqqala zəfərinin ildönümü ərəfəsinə düşməsindən sevinc hissi keçirdiyini ifadə edib.

"Hər birimizin ortaq məqsədi dövlətimizin inkişafıdır. Vətəndaş cəmiyyətinin üzvü olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ətrafında sıx birləşərək cəmiyyət və dövlətimizin inkişafı uğrunda yürüdülən siyasətə dəstək olacağıq", - o bildirib.

Millət vəkili Azay Quliyev sədri olduğu Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilata dəstək verməyə hazır olduğunu bildirib və onlara gələcək işlərində uğurlar arzu edib.

Deputat bütün Azərbaycan xalqını və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib.

A.Quliyev çıxışında Yeni Zelandiyanın sabiq baş nazirinə baş vermiş terror aktından dolayı başsağlığı verib:

“Bu cür ağır məqamda hamımız – islam, xristian, yəhudi dininin daşıyıcıları bir araya gəlməliyik”.

Millət vəkili Qənirə Paşayeva çıxışında Qarabağ urğunda canını verən qəhrəman şəhidlərin xatirəsini yad edib.

Millət vəkilləri Azay Quliyev, Qənirə Paşayeva, Adil Əliyev və digər bir sıra tanınmış simalar təşkilatın fəxri üzvü seçiliblər.

Daha sonra tədbir iştirakçıların çıxışı, Türkiyə, Təbriz və Azərbaycanın tanınmış müğənnilərinin ifaları ilə davam edib.

Tarix
2019.03.19 / 00:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla