Yuxarı

Fuad Abbasov deport edilir? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fuad Abbasov deport edilir? - Açıqlama

19:53

Aprelin 13-də bir neçə media orqanında Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycana deport ediləcəyi haqda xəbərlər yayılmışdı.

Xəbərlərdə bildirilirdi ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovun saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb. Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir.

Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyinin ən qatı müdafiəçisi kimi tanınır.

Musavat.com xəbər verir ki, Fuad Abbasov axşama doğru yaydığı açıqlamada bildirib ki, narahatçılığa heç bir əsas yoxdur:

“Azadlıqdayam, fəaliyyətimlə məşğulam. Evimdə heç bir axtarış aparılmayıb, heç yerə çağırılmamışam. Deportasiya edilməyimlə bağlı xəbərlər əsassızdır”.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra provokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratmaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

Digər mənbənin məlumatına görə, Fuad Abbasov aprelin 10-dan Bakıdadır və yayılan xəbərlərin heç bir əsası yoxdur. F.Abbasov Azərbaycana ailəvi işlərlə bağlı gəlib. Hazırda o, Xaçmaz rayonunda istirahət edir.

Bu məlumatı tanınmış jurnalist Turan İbrahimov da təsdiq edib. Turan İbrahimovun sosial şəbəkədə bir paylaşımı da diqqət çəkib. O, Fuad Abbasovla bərabər hansısa restorandan görüntü paylaşıb. Turan İbrahimov bildirib ki, Fuad Abbasovla bağlı yayılan məlumatlar doğru deyil və o, aprelin 10-dan Azərbaycandadır.

Fuad Abbasov özü isə İnstaqram səhifəsində maraqlı bir mətn paylaşıb. Orada qeyd edib ki, separatçılar və diasporun bəzi fəalları arzularını gerçəklik kimi qələmə verirlər: "Lakin Fuad Abbasov Afrikada da jurnalistdir..." - o qeyd edib.

Tarix
2019.04.13 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ukrayna rəsmiləri arasında mühüm görüş...

XİN-dən Xocalı ilə bağlı bəyanat

Bu, bütün bəşəriyyətə qarşı cinayətdir - Mehriban Əliyeva

Xocalı soyqırımından 34 il ötür

Son 80 ildə Azərbaycan qədər... - İlham Əliyev

İlham Əliyevdən Xocalı ilə bağlı paylaşım

Prezident Xocalıda Xanabadı ziyarət etdi

Evi 10 minlik elektrik borcu ilə tərk edən köçkün danışdı

Tolikə yüksək vəzifə verildi

Terror təşkilatları ilə əlaqəli dəstənin məhkəməsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla