Yuxarı

Bakıdan uğurlu gediş: AB-yə sadələşmiş viza

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Azəbaycanla bağlı böyük maraqları var.

Bu sözləri Axar.az-a son zamanlar bəzi antimilli dairələrin Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji sazişə dair əsassız fikirlərinə münasibət bildirən politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, ikitərəfli tərəfdaşlıq sazişi çox ağır çəkili bir sənəddir və xeyli müddəaları var:

“Aİ Böyük Britaniya da qalacağı təqdirdə 28 dövlətin ümumi iqtisadi potensialını özündə birləşdirir. Bu baxımdan ittifaqın dünya ilə münasibətləri vacib əhəmiyyət kəsb edir. İttifaqa daxil olan məmləkətlərin istehsal bazaları, innovativ yenilikləri olduqca genişdir. Ona görə də dünya səhnəsində ABŞ, Çin, Hindistan, Yaponiya ilə bərabər, Aİ də vacib geoiqtisadi qütblərdən biridir. Bu qütbün Şərqlə bağlı əməkdaşlıq proqramında postsovet məkanında yerləşən dövlətlərin, o cümlədən Azərbaycanın xüsusi yeri var. Düzdür, həmin münasibətlərin gedişatına və danışıqların tərkibinə nəzər salsaq, təmasların mürəkkəb tərzdə getdiyini etiraf etməliyik. Bunun da səbəbi Avropa Şurası, Avropa Parlamenti və Avropa İttifaqı daxilində yer alan bəzi antiazərbaycan dairələrinin gündəmdə olan iqtisadi münasibətlərin şaxələnməsi və ölkəmizə qarşı qondarma iddialar irəli sürməsi idi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev həmin dövrdə gedən gərgin danışıqlarda səsləndirilən əssasız iddialara cavab verdi və münasibətlərdə iqtisadi səmərənin hər şeydən üstün olduğunu sübut etdi. Məhz bunun nəticəsində də hazırkı danışıqlar masasında yeni keyfiyyət mərhələsinə gəlib çatmışıq. Əvvəlcə dialoq adı altında monoloqlar təlqin edənlər ölkə rəhbərinin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın səsini eşitməli oldular. Bu da Azərbaycan diplomatiyasının növbəti bir uğurlu gedişidir”.

Politoloq bildirib ki, Azərbaycanın istəyi Aİ ilə əməkdaşlığın bərabərhüquqlu olmasıdır:

“Bildiyiniz kimi, saziş mayda imzalanacaq və əsas məsələ sənəddə iqtisadi komponentlərin üstünlük təşkil etməsidir. Aİ-nin də ölkəmizlə bağlı böyük maraqları var, çünki Şərqə doğru iqtisadi yürüşlərdə əsas dəhlizlədən biri Azərbaycandır. Bu mənada sazişdə ikitərəfli maraqlar həqiqətən də göz önündədir. Nəzərə alaq ki, Azərbaycanın birliyin 10-a yaxın dövləti ilə ikitərəfli fomatda geniş və hökumətlərarası sənədlərlə tənzimlənən münasibətləri var. Bu onu göstərir ki, Azərbaycan heç bir zaman Avropadan üz döndərməyib. İndi bu anlaşılmaz məqamlar aradan qalxdığı üçün münasibətlərdə yeni mərhələ başlayır. Təsadüfi deyil ki, Aİ öz üzərinə Azərbaycan vətəndaşlarına sadələşdirilmiş Şengen vizası tətbiq edəcəyinə dair öhdəlik götürüb. Burada da əsas məqsəd iqtisadi əməkdaşlıq zəminində yarana biləcək probemli vəziyyətlərə dair aydın həll mexanizmlərinə nail olmaqdır. Bu, dünyada qloballaşma prosesi çərçivəsindən ən lazımlı məqamlardan biridir”.

Tarix
2019.04.20 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla