Yuxarı

Tiflis nə etdiyinin fərqindədir? - Ərazi müzakirəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər şey illər əvvəl başlanmışdı, lakin aprelin 20-də yenidən, özü də süni şəkildə aktivləşdi.

Bir həftə əvvəl Gürcüstanın prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd zonaya səfər etdi.

Bildirilir ki, Zurabişvili orada gürcü sərhədçiləri ilə görüşüb. Görüşdən sonra o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni təcili həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

Aprelin 3-də rəsmi Tiflis Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizinin mübahisə predmeti olduğunu bəyan etmişdi. Məlumatda bildirilirdi ki, delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66% sərhəd razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədi ilə danışıqlar davam edir.

Gürcüstanın əsas “qayğısı” Keşikçidağ monastır kompleksidir

Azərbaycan XİN də hadisələrə operativ reaksiya verərək ölkəmizin həmişə Gürcüstanla sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub.

Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür:

Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.

Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır.

Göründüyü kimi, dörd qonşu ölkə ilə ən səbatlı və təhlükəsiz sərhəddi məhz Azərbaycanla olan Gürcüstandakı bəzi təşkilatlar, partiyalar, qüvvələr və birliklər münaqişə zəmini yaratmağa, iki ölkə arasında problemlərin yaşanmasına çalışırlar.

Nə baş verir?

Əvvəla, Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.

Keşikçi məbədinin mənşəyinə dair azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərib ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.

Məbədə gürcü iddiasının arqumentləri də az deyil.

“David Qareci” həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan “Qurucu David” və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilib.

Monastır 11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib. Oxşar taleni Qarabağdakı alban kilsəsi də yaşayır. Rus işğalına qədər alban kilsəsi müstəqil idi. Çünki albanlar pravoslav, ermənilər isə monofizit təriqətinə mənsub idilər. Bu isə faktiki olaraq onların birləşməsini əngəlləyirdi. Amma rus işğalından sonra çar hakimiyyəti alban kilsəsinin ermənilərə qarışmasını tələb etdi. O zaman buna qarşı müqavimət də vardı. Qarabağ xristianları çara məktubda özlərinin erməni yox, aqvanlar, utilər olduqlarını bildirirdilər. Amma az sonra İran və Türkiyədən gəlmə ermənilərin sayının ərazidə artması nəticəsində xristian albanlar ermənilər içərisində əridildi.

David Qareci” də 11-12-ci əsrə qədər alban kilsəsi olub. Bu zaman monastır ərazisi alban dövlətinin varisi olan Sünik knyazlığının tərkibində idi. Amma orta əsrlərdə məbəd gürcü kilsəsinin təsiri altına düşür. Bunu Lord Kipianidze də etiraf edir ki, alban monastırı olan “David Qareci” Şirvanşahlar və Atabəylərin hakimiyyəti dövründə gürcülərin ixtiyarına keçib. O zaman Şirvanşahlar gürcülərlə dostluq edir, Atabəylər isə vuruşurdu. Amma onların heç biri monastıra maraq göstərmirdi. Çünki müsəlman hakimlər üçün alban xristian məbədi maraqlı deyildi. Beləliklə, məbəd tamamən gürcüləşdirilir. Monqol işğalı dövründə digər xristian məbədləri kimi “David Qareci” monastırı xalq müqavimətinin mərkəzi idi.

Məhz bu amilə görə “David Qareci” gürcülər üçün müqəddəs ərazidir. Məlum olduğu kimi, sonrakı illərdə Gürcüstan ərazisində iki gürcü knyazlığı – İmeretiya və Kolxida çarlığı vardı. Hətta Şah Abbasın hakimiyyəti dönəmində mübahisəli monastırın yerləşdiyi ərazi Səfəvilər dövlətinə məxsus olub. Monastır kompleksinin sərhəd əraziyə düşməsi Qafqazın Rusiya tərəfindən işğalı dövrünə təsadüf edir:

Rusiya işğalından sonra monastır kompleksi Gəncə və Tiflis quberniyasının arasındakı sərhəd əraziyə düşüb. Sovet dönəmində bu bölgü qüvvədə olub. Müstəqillik əldə olunduqdan sonra sərhəd müəyyənləşdiriləndə Gəncə və Tiflis quberniyası arasındakı sərhəd əsas götürülüb. Sərhədlər indi dəqiqləşdirilir. Bu da mübahisə obyektinə çevrilib. Əslində söhbət ərazidən çox, abidənin taleyindən gedir. Bu, Azərbaycan üçün prinsipial məsələdir. Alban irsindən imtina ermənilərin əlinə üstünlük verəcək. Sonradan ermənilər digər alban abidələrinə iddia edə bilərlər. Bu, ağrılı məsələdir.

Hazırkı bölgüyə əsasən “David Qareci” monastır kompleksinin böyük hissəsi Gürcüstan ərazisindədir. Azərbaycan tərəfdə bir monastır və bir neçə hücrə var. Onu da qeyd etdi ki, monastır Sovet dövründə fəaliyyət göstərməyib.

Razırda gürcülərin bu məsələdə daha çox canfəşanlıq göstərməsinin arxasında siyasi maraqlar dayanır:

Gürcüstandakı bir sıra qüvvələr milliyyətçilik amilini qabardır, bu məsələdən bilə-bilə problem yaradırlar. Müxalifət ölkədəki demokratik ab-havadan istifadə edərək bundan siyasi kart kimi hakimiyyətə qarşı istifadə etməyə çalışır. Amma anlamırlar ki, bu, bizim üçün taleyüklü məsələdir.

2007-ci ildə həmin həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.

Qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlayıblar. Ərazidə yerləşən Keşikçi qalanın ilkin orta əsrlərdə müdafiə məqsədilə tikildiyi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə VIII-XV əsrlərə təsadüf etdiyi məlum olub. Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanıb.

19-cu əsrdə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində bir əsrdən çox hərbi poliqon olub. Yəni qapalı bir yer olduğundan alimlər tərəfindən tam araşdırılmayıb. Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. Burada qoruqda tapılmış əşyalardan ibarət muzey yaradılması nəzərdə tutulub.

Keşiçkidağ monastır kompleksini bəhanə gətirərək Azərbaycana qarşı ərazi iddialarını səsləndirənlər əslində odla oynayırlar.

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Ölkəmizin Gürcüstan iqtisadiyyatına çox böyük sərmayə qoyuluşları var, Azərbaycan neftini və qazını dünya bazarına çıxaran marşrutlar Gürcüstan ərazisindən keçir.

Həmin marşrutlardan alınan tarif pulları əslində Gürcüstan iqtisadiyyatına ayaqda qalmağa imkan verir.

Tiflis bunu anlamalı və ermənilərin oyununa gələrək Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməməlidir.

Təbii, güzəştə gedə bilmərik. Lakin problemin həlli qonşu və qardaş dövlətlə münasibətlərin gərilməsi ilə münayiət olunmamalı, danışıqlar aparılmalıdır.

Gürücstandakı millətçilər və xüsusilə də ermənilərin hazırladıqları ssenari ilə hərəkət edənlər, erməni dezinformasiya şəbəkəsinə uyanların qarşısını rəsmi Tbilisi almalıdır.

Problem birgə komissiyanın toplanması, XİN başçıları arasında aparılan danışıqlarla çözülməyə başlaya bilər.
Məsələnin mahiyyəti odur ki, Gürcüstandakı millətçi qüvvələr özbaşına hərəkət etmirlər, qəflətən “cuşa” gələrək sosial şəbəkələrdə anti-Azərbaycan isteriyasına başlamayıblar. Onları idarə edən güc var və o güc Gürcüstanı öz “siyahı”sında görmək istəyir.

Azərbaycana yeni pressinq vasitəsinin bu dəfə Keşikçidağ monastır kompoleksi ilə bağlı süni iddialarla işə salınması da təsadüfi deyil.

Hər halda ümid edirik ki, Gürcüstandakı “Gürcü Arzusu” adına uyğun davranacaq, gürcüləri alət etməyə çalışanların niyyəti olmayacaq.

Musavat.com

Tarix
2019.04.27 / 23:06
Müəllif
Elçin Alıoğlu
Digər xəbərlər

Mehriban Əliyeva: Qoy, Yer üzündəki bütün azərbaycanlılar...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Gürcüstan azərbaycanlıları buna görə üzr tələb edir - Foto

Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Zurab Pololikaşvili də Əliyevə başsağlığı verdi

TDT rəhbəri Azərbaycanı təbrik etdi

Benzin və dizellə bağlı mühüm dəyişiklik oldu - Qərar

Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı

Zakir Həsənov Baş Klinik Hospitalda - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla