Yuxarı

Ərdoğanın Əliyevi seçməsi Azərbaycana nə vəd edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın Əliyevi seçməsi Azərbaycana nə vəd edir? – Şərh

"Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevi böyük iyirmilərin (G-20) 2015-c ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvət etməsi Türkiyə-Azərbaycanı ittifaqının bir az daha güclənməsində və əsl regional gücə çevrilməsində önəmli addım sayıla bilər".

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu öz fikirlərini bölüşüb.

Politoloq bunun sıradan bir hadisə olmadığını bildirib:

"Məsələ burasındadır ki, 2015-ci ildə G-20-yə Türkiyə sədrlik edəcək. Sədrlik edən dövlət üzv ölkələrdən başqa istədiyi bir dövləti bu tədbirə qonaq qismində dəvət etmək hüququna malikdir. 2013-cü ildə G-20-yə ev sahibliyini həyata keçirən Rusiya Qazaxıstanı, 2014-cü ildə Avstraliya isə Yeni Zelandiyanı seçmişdi. Türkiyə isə Azərbaycanı seçib. Azərbaycan qarşıdakı ildə qurumun bütün tədbirlərində iştirak edəcək. Dünya iqtisadiyyatının 95 faizi, ticarətin 85, əhalinin isə 2\3 hissəsi G-20 ölkələrində cəmləşib. Odur ki, belə bir kluba dəvət və kənardan da olsa, söz haqqına malik olmaq sıradan bir hadisə deyil. İl boyu G-20-lər çərçivəsində keçiriləcək tədbirlərdə dünya iqtisadiyyatının böyüməsindən və ticarət imkanlarının genişlənməsindən tutmuş enerji əməkdaşlığına qədər onlarla mövzu müzakirəyə çıxarılacaq və Azərbaycan bütün bu müzakirələrdə iştirak edəcək".

E. Şahinoğlu Türkiyə və Azərbaycan prezidentlərinin bu mövzunu telefonla dekabrın 1-də müzakirə etməsinə də diqqət çəkib:

"Eyni tarixdə Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə rəsmi səfər edib. Fikrimcə, bu, təsadüf deyil. Türkiyə və Azərbaycan prezidentləri telefon görüşməsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə ediblər. Bu isə o deməkdir ki, bu münaqişənin həlli Ankara üçün əvvəlki kimi prioritet qalır və məsələ Rusiya prezidentinin də diqqətinə çatdırılıb. Digər tərəfdən Azərbaycan prezidenti Dağlıq Qarabağ problemini və bunun regional əməkdaşlığa vurduğu ziyanı G-20-lərin zirvə toplantısında da gündəmə gətirmək imkanı qazanacaq".

Tarix
2014.12.08 / 12:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Kamaz" sərnişin avtobusuna çırpıldı - Anbaan video

Bayramov Moldova XİN başçısı ilə görüşdü

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

Prezident Mixay Popşoini qəbul etdi - Foto

Naxçıvana hücum səbəbi - Ağar çağırış etdi

Saakaşvili: Terrorçu rejim Azərbaycanı qəsdən vurdu

Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - Foto

İran Azərbaycana yenə hücum edə bilər? – Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla