Yuxarı

Daha bir peyğəmbər Azərbaycan şou-biznesində zühur etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir peyğəmbər Azərbaycan şou-biznesində zühur etdi

Əməkdar artist Elza Seyidcahan Allaha yazdığı məktubu dənizə atmaq fikrindən daşınıb.

Bu barədə Lent.az-a ifaçının özü məlumat verib.

O, bildirib ki, daha Allaha məktub yazmır:

"Neçə il idi ki, Allaha məktub yazırdım. Allaha sonuncu məktubum 2007-ci ildə olub. O vaxtdan bəri yazmıram. Çünki yazacaqlarım bitdi. Allaha yazdığım məktubların sayı-hesabı yoxdur. İndi hər gün ruhum vasitəsilə Allahla mesajlaşıram. Ruhumla Allah arasında bir kontakt var. Onlar bir-birinə qaynaq olub. İçimdə nə olursa, bir baş ona (Allahı nəzərdə tutur) ötürülür. Məni hər şeydən xəbərdar edir. Birdən özümdə nə isə hiss edirəm, bədənimə vəsvəsə gəlir, tüklərim biz-biz olur".

E.Seyidcahan iddia edib ki, Allah ona bu və ya digər yolla informasiya ötürür:

"Bəzən yolda gedirəm və görürəm ki, zahirən eybəcər bir insan kənarda dayanıb. Öz-özümə deyirəm ki, "Nə olsun, bəlkə də onun içində bir aləm var?". O dəqiqə içimdə bir titrətmə olur. Allah da cavab verir ki, "Hə, sən düz tutdun". Bəzən nəyisə arzu edirəm, Allah mənə cavab verib deyir ki, "Hə, bax sən məni anladın". Hərdən fikirləşirəm ki, Allaha yazdığım məktubları dənizə atım, amma sonra deyirəm ki, "yox atmayacam". Bu da bir tarixdir. Sabah kimsə inanmaz, göstərərəm. Allaha yazdığım məktubları indi bir çox rejissorlar ssenarilər yazmağa başlayıblar. Artıq bununla bağlı böyük bir layihədə həyata keçiriləcək. Tam açıqlamaq istəmirəm".

Qeyd edək ki, Azərbaycanda artıq bir neçə nəfər özünü peyğəmbər elan edib.

Tarix
2014.12.09 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla