Yuxarı

Bakı-Ankara-Moskva arasında gizli anlaşma var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Ankara-Moskva arasında gizli anlaşma var

"Bakıya beynəlxalq dəstək məsələsində İsrailin mövqeyini itirilmiş və ya zəifləmiş saymaq olar".

Axar.az xəbər verir ki, bu sözlər Şərq-Qərb Araşdırmalar Mərkəzinin təhlilində yer alıb.

Təhlildə Rusiya ilə İsrail arasında Suriyayla bağlı razılığın pozulduğuna görə Dəməşqin hərbi obyektlərinin bombalandığı bildirilib:

"Keçən həftənin ən səs-küylü hadisələrindən biri İsrail aviasiyasının Suriya paytaxtı yaxınlığındakı hərbi obyektlərə zərbə endirməsi oldu. Rusiya XİN-nin qəzəbli bəyanatından aydın oldu ki, aviazərbələr nəticəsində Rusiya istehsalı olan C 300 zenit-raket kompleksləri və onlar üçün ehtiyat hissələri sıradan çıxarılıb. Bu bəyanata İsrailin Baş naziri Benyamin Netanyahu isə daha da sərt cavab verərək bildirdi ki, onu Putinin nə düşündüyü maraqlandırmır. Sonra isə həmişə olduğu kimi, məsələnin müzakirəsi keçdi media müstəvisinə və məlum oldu ki, hələ bir neçə il əvvəl Rusiya ilə İsrail arasında iki bənddən ibarət öhdəliklər üzrə anlaşma olubmuş:

1. İsrailin Suriyaya hərbi müdaxiləyə yol verməyəcəyi;

2. İsraildəki qaz yataqlarının işlənməsində Rusiya şirkətlərinin iştirakı.

Mediada yayılan xəbərlərə görə, 1-ci bəndlə bağlı heç bir problem olmasa da, İsrail tərəfi 2-ci bəndi faktiki olaraq yerinə yetirməkdən imtina edib. Bundan narazı qalan Rusiya isə öz tərəfindən görürdüyü öhdəliyi - Suriyaya və Livana (daha doğrusu Hizbullaha) zenit-raket kompleksləri satmayacağını pozaraq, Suriyaya C 300 raket komplekslərinin verilməsini bərpa edib".

Araşdırmalar Mərkəzi İsrail-Rusiya müttəfiqliyinin bitdiyini də qeyd edib:

"Həmişə olduğu kimi, bu dəfə də İsrail məsələni sadə, amma sınanmış yolla çözməyə - həmin raketlərin yerləşdiyi obyektləri bombalamağa qərar verib.

Beləliklə, bir sıra digər səbəblərlə yanaşı, Netanyahu-Obama şəxsi münasibətlərindəki gərginlik üzündən yaranmış İsrail-Rusiya müttəfiqliyi bitmiş sayıla bilər. Bu isə öz növbəsində Yaxın Şərqdə yaranmış mövcud duruma ABŞ-ın təsir imkanlarını yenidən artırır. Əslində, İsrailin başqa seçimi də yoxdur. Digər tərəfdən isə bu, həm də Putinin beynəlxalq aləmdə az-çox qalmış dayaqlarının itirilməsinə səbəb ola bilər. Amma nəzərə alsaq ki, İsrail həm də rəsmi Bakıya beynəlxalq dəstək məsələsində ciddi yardım göstərirdi, deməli, bu dəstəyi də itirilmiş və ya zəifləmiş saymaq olar. Səbəb isə təxminən belədir: əvvəllər Vaşinqtondakı bəzi yəhudi dairələri vasitəsilə (xüsusilə də AIPAC) ABŞ xarici siyasətinə təsir edərək Azərbaycana dəstək verən İsrailin indi özünün Vaşinqtonun dəstəyinə kəskin ehtiyacı yaranır".

Şərq-Qərb Araşdırmalar Mərkəzi Türkiyə və Rusiya arasında əlaqələrin sürətlə artdığını deyib:

"Bu fonda Ərdoğan hökumətinin özünü necə aparacağını da söyləmək asan deyil. Hələlik bəlli olan budur ki, Türkiyə ilə Rusiya arasında siyasi və iqtisadi əməkdaşlıq sürətlə genişlənməkdədir. Digər tərəfdən isə son günlər rəsmi Bakının onsuz da anti-Qərb ritorikasındakı kəskinliyin artması dolayısı ilə Azərbaycan-Rusiya-Türkiyə üçlüyünün de-fakto yaranması barədə gizli anlaşmanın olduğuna işarə edir. Lakin neftin sürətlə ucuzlaşdığı bir dönəmdə bir tərəfdən iqtisadiyyatı neftdən asılı olan və neft gəlirlərindən daha sürətlə nüfuzunu itirən, mövqeləri zəifləyən Rusiyanın, digər tərəfdən isə bütün xarici siyasətini situasiyaya uyğun olaraq dəyişən manevrlər üzərində quran Türkiyənin yanında olmaq Azərbaycan üçün nə dərəcədə əlverişli ola bilər?"

Tarix
2014.12.12 / 23:49
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla