Yuxarı

Hacı İbrahimin oğurlanan pulları qaytarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı İbrahimin oğurlanan pulları qaytarıldı

Hacı İbrahim Nehrəmlinin ofisindən oğurlanan 135 min manatın 105 mini ona təhvil verilib; iş adamı polisin davranışlarından və operativliyindən razı qalıb.

"Axar.az"ın xəbərinə görə, bu barədə "Yeni Müsavat" qəzetinə Hacı İbrahim özü məlumat verib.

Hacı İbrahim polisin bu cür operativ reaksiyasından və DİN rəhbərliyinin olayla yaxından maraqlanmasından razı qaldığını deyib: "Sağ olsunlar, məsələyə belə yanaşdılar, nəticədə oğurlanan məbləğin əhəmiyyətli hissəsi geri qaytarıldı. Füzuli, heç sən demə, pulu polisə verməyibmiş. Özündə saxlayırmış. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun pulu saxladığı yer aşkarlanıb. Yerdə qalan 30 min manat da bu günlərdə bizə təhvil veriləcək".

Xatırladaq ki, dekabrın 7-də məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu "Avesta" konserninin ofisindən oğurluq olub. Bu yaxınlara kimi Hacı İbrahimin mühafizə xidmətinin rəhbəri işləmiş Füzuli Nəbiyev və onun yaxın qohumu Əlizamin Əliyev sözügedən konsernə gələrək maaş almaq adıyla mühasibin boğazına bıçaq dirəyərək ondan kassadakı 135 min manatı zorla alıb qaçıblar. Hadisədən dərhal sonra polis oğurluqda iştirak edənləri saxlayıb.

Tarix
2013.12.10 / 08:11
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla