Yuxarı

“Rusiyanın Qərbə sanksiyaları siyasi yumordur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiyanın Qərbə sanksiyaları siyasi yumordur”

"Rusiyanın Qərbə qarşı tətbiq etdiyi sanksiyalar siyasi yumor xarakteri daşıyır".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

O, beynəlxalq qaydalara əməl etməyən istənilən siyasi sistemin çökməyə məhrum olduğunu deyib:

"İqtisadi, siyasi, sosial sistemin olmadığı ölkənin digər sistemli və güclü iqtisadiyyatı olan tərəfə sanksiya tətbiq etməsi özünə təsəlli verməkdən başqa bir şey deyil. Bu addım həmçinin Rusiya daxilinə hesablanıb. Putin ruslara alternativ addım atdığını və Qərbin də əziyyət çəkdiyini göstərmək istəyir. Rusiyaya qarşı sanksiyanı tətbiq edən tərəf haqlı olaraq bu addımı atır. Çünki Rusiya digər bir dövlətin ərazi bütövlüyünü, suverenliyini pozub və bu prosesi hələ də davam etdirir. Burada xüsusi bir nüans var. Sanksiyanı tətbiq edən tərəf Avropa, Yaponiya, Kanada, Avstraliya tərəfdaşdırlar və bütün qlobal məsələlərin həllində birgə addım atırlar. Bu o deməkdir ki, tərəfdaşlar bir-birlərinə hörmət edir, ümumi məsələlərdə birgə fikir formalaşdırmağı bacarırlar. Lakin Rusiyanın durumuna baxdığımız zaman nə görürük? Rusiyanın ən yaxın tərəfdaşı hesab olunan Qazaxıstan, Belarusiya, Çin Moskvanın Qərbə sanksiya tətbiqi ilə bağlı çağırışına dəstək vermədilər, hətta bunun yalnış olduğunu qarşı tərəfə bildirdilər. Rusiya bu gün oyunda təkdir və bunun bütün günahkarı da məhz özüdür. Beynəlxalq qaydalara əməl etməyən və buna qarşı çıxan istənilən sistem məhv olunmağa məhkumdur. Rusiyanın bu gün ümüdi Ermənistana qalıb. O, siyasi və daxili gücü ilə Ermənistan hökumətini Qərbə qarşı birləşməyə çağıracaq, hətta buna israr edəcək. Lakin Ermənistan daxilində də Qərb mövqeli şəxslər çoxdur və bu prosesin baş verəcəyi o qədər də inandırıcı deyil. Rusiya əgər ona təklif olunan yol xəritəsi ilə hərəkət etməzsə, o zaman 2015-ci ildə Rusiyanı daha ağır nəticələr gözləyir".

Tarix
2014.12.16 / 09:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla