20:02
Prezident İlham Əliyev A.Ş.Mehdiyevin "Şərəf" ordeni ilə
təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Şəfaət
oğlu Mehdiyev "Şərəf" ordeni ilə təltif edilsin".
***
Prezident İlham Əliyev E.A.Məmmədovun "Şöhrət" ordeni
ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında fəal iştirakına görə Elton Arzuman oğlu
Məmmədov "Şöhrət" ordeni ilə təltif edilsin".
***
Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdlərinin verilməsi haqqında sərəncam imzalanıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdü verilsin:
Ələsgərov Arzu Süleyman oğlu
Əzizbəyli Ramiz Hacıağa oğlu
Ruhi Razi Sahib oğlu
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin".
***
Prezident İlham Əliyev həmçinin Azərbaycan
Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi
haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının
fəxri adları verilsin:
"Xalq Artisti"
Hüseynov Rafiq Hüseyn oğlu
Xasıyeva Könül Kazım
qızı
Məmmədova Gülyanaq Zakir qızı
Məmmədova Gülyaz Zakir qızı
Sadıqov Ənvər Hidayət oğlu
"Əməkdar Artist"
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Dadaşov Murad Əli
oğlu
Əfəndiyeva İlahə Əhsən qızı
Əliyev Fərid Fərhad oğlu
Heydərova Çinarə Yaşar qızı
İsgəndərov Rəfael Çərkəz oğlu
İslamov Rauf Rza oğlu
Niftəliyev Babək Muğan oğlu
Rəhimov Coşqun Allahverdi oğlu
Səmədov Əlixan İmamxan oğlu
"Əməkdar İncəsənət Xadimi"
Abbasova Məlahət Elman qızı
Əzizov Rafiq Novruz
oğlu
Məlikov Aqil Qədeşbala oğlu
"Əməkdar Mədəniyyət İşçisi"
Abbaszadə Lalə Niad qızı
Babayev Tehran Xalidşah
oğlu
Əsədullayeva Aynurə Əliislam qızı
Hüseynov Fərman Şirzad oğlu
Məmmədova Ülviyyə Nurəddin qızı
Mirzəyeva Gülçin Ələkbər qızı
Zeynalova Gülarə Mikayıl qızı".
***
20:02
Prezident İlham Əliyev Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında
fərman imzalayıb.
Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş
Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidməti yaradılsın.
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin Əsasnaməsi" təsdiq edilsin.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin aparatının işçilərinin say həddi 23 ştat vahidi müəyyən
edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini dörd ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını dörd ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və
maddi-texniki təminat məsələlərini həll etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin
fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlərin həyata
keçirilməsini təmin etsin".