Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman
mütəxəssislərinə fəxri adların verilməsi haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir ki, "Azərbaycanda bədən tərbiyəsi və
idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan
Respublikasının fəxri adları verilsin:
"Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi"
Aliomarov Maqomed Aliomaroviç
Cəfərov Vaqif Məmmədəli oğlu
Həsənov Musa Süleyman oğlu
İsmayılov Çingiz Məmməd oğlu
"Əməkdar Müəllim"
Atakişiyev Akif Əli oğlu
Şahbazov Şəmsəddin İbrahim oğlu".
***
Prezident İlham Əliyev Xaçmaz rayonunun
Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, "Səkkiz min nəfər əhalinin yaşadığı 6
yaşayış məntəqəsini birləşdirən Qusarçay-Pirquluoba-Yeni Həyat
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının
2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra
Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin".